Kontentə keç

Soldan sağa: Vladimir Bukin, Mixail Burkov, Valeri Slaşşyov və Sergey Yuferov

26 YANVAR 2022 | YENİLƏNİB: 27 İYUN 2023
RUSİYA

Tındada qardaşlar başqalarına əl tutur və Yehovadan ümidlərini üzmürlər | YENİLƏNİB. QARDAŞLAR HƏBS OLUNDU

Tındada qardaşlar başqalarına əl tutur və Yehovadan ümidlərini üzmürlər | YENİLƏNİB. QARDAŞLAR HƏBS OLUNDU

23 iyun 2023-cü ildə Amur Vilayətinin Tında Rayon Məhkəməsi Vladimir Bukin, Mixail Burkov, Valeri Slaşşyov və Sergey Yuferovu təqsirli bildi. Mixail altı il iki ay, Vladimir, Valeri və Sergey isə altı il dörd ay müddətinə həbsə məhkum edildi. Onların dördü də məhkəmə zalında həbs olundu.

27 dekabr 2022-ci ildə Amur Vilayət Məhkəməsi Vladimir Bukin, Mixail Burkov, Valeri Slaşşyov və Sergey Yuferova çıxarılan qərarı ləğv etdi və yeni məhkəmə baxışı təyin etdi. Qardaşlar həbsdən azad olunub və yeni məhkəmə prosesini gözləyirlər. Bununla belə, onların ölkəni tərk etməsinə qadağa qoyulub.

25 oktyabr 2022-ci ildə Amur Vilayətinin Tında Rayon Məhkəməsi Vladimir, Mixail, Valeri və Sergey qardaşı təqsirli bilmişdi. Vladimir, Valeri və Sergey altı il altı ay, Mixail isə altı il iki ay müddətinə həbsə məhkum edilmişdi. Qardaşların dördü də məhkəmə zalında həbs edilərək təcridxanaya aparılmışdı.

Hadisələrin gedişatı

  1. 17 noyabr 2019-cu il

    Hüquq-mühafizə orqanlarının əməkdaşları Yehovanın Şahidlərinin yaşadığı səkkiz evdə, o cümlədən dörd qardaşın evində axtarış apardılar.

  2. 18 noyabr 2019-cu il

    Qardaşların dördü də ekstremizmdə ittiham edildi. Onlardan başqa yerə getməmək barədə iltizam götürüldü.

  3. 26 iyul 2021-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı.

Qardaşlar barədə məlumat

Biz şübhə etmirik ki, Yehova bu qardaşları, eləcə də Ona sadiq qalan digər xidmətçilərini həmişə sevəcək (Yaradılış 39:21).