4 YANVAR 2023 | YENİLƏNİB: 17 NOYABR 2023
RUSİYA
Təqiblərə baxmayaraq başqalarına kömək etməyə əzmlidir | YENİLƏNİB. BACI MƏHKUM OLUNDU
15 noyabr 2023-cü il tarixində Novokuznetsk Şəhərinin Kuznetski Rayon Məhkəməsi Tatyana Suşilnikovanı təqsirli bilərək dörd il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün bacı həbsə salınmayacaq.
Bacı barədə məlumat
Tatyana kimi biz də Yehovanın köməyilə çətinliklərə tab gətirən «böyük şahidlər buludu»nun nümunəsindən güc alırıq (İbranilərə 12:1).
Hadisələrin gedişatı
8 iyun 2021-ci il
Əli silahlı FTX əməkdaşları Novokuznetsk şəhərində üç Yehovanın Şahidinin evində reyd keçirdilər. Tatyana və həyat yoldaşı Sergey üç saat sorğu-sual olundu.
20 iyun 2022-ci il
Cinayət işi açıldı. O, dini mövzuda söhbətlər apardığına görə və dini görüşlərdə iştirak etdiyinə görə təqsirli bilindi.
22 iyul 2022-ci il
Barəsində rəsmi ittiham irəli sürüldü.
27 sentyabr 2022-ci il
Cinayət işi üzrə məhkəmə icraatı başladı. Hakim ittiham aktında xətaya yol verildiyi üçün işi prokurorluğa geri göndərdi.
16 noyabr 2022-ci il
Məhkəmə icraatı yenidən başladı.