Kontentə keç

Yuxarı sıra, soldan sağa: Aleksandr Ketov; Andrey Xarlamov və həyat yoldaşı Larisa; Aleksandr Kruqlyakov

Aşağı sıra, soldan sağa: Lidiya Nekrasova; Sergey Uşaxin

10 AVQUST 2023
RUSİYA

Təqiblərə rəğmən sevincli qalmağa qəti qərarlıdırlar

Təqiblərə rəğmən sevincli qalmağa qəti qərarlıdırlar

Komi Respublikasının Sıktıvkarski Şəhər Məhkəməsi tezliklə Aleksandr Ketov, Andrey Xarlamov, Aleksandr Kruqlyakov, Lidiya Nekrasova və Sergey Uşaxinin işi üzrə qərarını elan edəcək. Prokuror onlar üçün istədiyi cəza növünü hələ bildirməyib.

Bacı-qardaşlar barədə məlumat

Bu hadisələr göstərir ki, Yehova təqiblərə sinə gərən və Ona sadiq qalan bacı-qardaşlarımıza qüvvət verir (Əşiya 40:29).

Hadisələrin gedişatı

  1. 2 mart 2021-ci il

    Sıktıvkar şəhərində ən azı 14 Yehovanın Şahidinin evində axtarış aparıldı. Aleksandr Ketov, Andrey Xarlamov və Aleksandr Kruqlyakov müvəqqəti saxlama təcridxanasına salındı. Lidiya Nekrasova və Sergey Uşaxindən başqa yerə getməmək barədə iltizam götürüldü

  2. 3 mart 2021-ci il

    Aleksandr Ketov və Andrey Xarlamov müvəqqəti saxlama təcridxanasından çıxarıldı və ev dustaqlığına salındı. Aleksandr Kruqlyakov istintaq təcridxanasına göndərildi

  3. 27 aprel 2021-ci il

    Andrey Xarlamov ev dustaqlığından azad edildi

  4. 28 aprel 2021-ci il

    Aleksandr Ketov ev dustaqlığından, Aleksandr Kruqlyakov isə istintaq təcridxanasından azad edildi

  5. 19 aprel 2022-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı

  6. 9 iyun 2022-ci il

    Hakim bildirdi ki, ekstremizmə dair heç bir sübut yoxdur və işi prokurora qaytardı

  7. 14 fevral 2023-cü il

    Yeni hakimlə cinayət işi üzrə məhkəmə icraatı başladı