30 NOYABR 2022 | YENİLƏNİB: 29 DEKABR 2022
RUSİYA
Təqiblər məsihi keyfiyyətlərini inkişaf etdirməyə kömək etdi | YENİLƏNİB. QARDAŞLAR HƏBS OLUNDU
Amur Vilayətinin Zeya Rayon Məhkəməsi Yevgeni Bitusovu və Leonid Drujinini təqsirli bildi. Yevgeni qardaş altı il, Leonid qardaş isə altı il yarım müddətinə həbsə məhkum edildi. Onlar elə məhkəmə zalında həbs olundular.
Qardaşlar barədə məlumat
Biz dözüm və səbir göstərərək Allahın xidmətçisi olduqlarını sübut edən bacı-qardaşlarımızla fəxr edirik (2 Korinflilərə 6:3—10).
Hadisələrin gedişatı
21 mart 2019-cu il
Hüquq mühafizə orqanlarının əməkdaşları Zeya şəhərində Yevgeni və Leonidin də evi daxil olmaqla, çoxlu sayda Yehovanın Şahidlərinin evində axtarış apardı.
10 avqust 2020-ci il
Cinayət işi açıldı.
13 oktyabr 2020-ci il
Hüquq mühafizə orqanlarının əməkdaşları Yevgeni və Leonidin evində ikinci dəfə axtarış apardı. Leonid tutularaq iki saat sorğu-sual edildi.
20 iyun 2022-ci il
Cinayət işi üzrə məhkəmə icraatı başladı.