Kontentə keç

Danil Suvorov

16 DEKABR 2022 | YENİLƏNİB: 20 İYUN 2023
RUSİYA

Təqiblər sevincini əlindən almır | YENİLƏNİB. QARDAŞ HƏBS EDİLDİ

Təqiblər sevincini əlindən almır | YENİLƏNİB. QARDAŞ HƏBS EDİLDİ

20 iyun 2023-cü il tarixində Soçi Şəhərinin Tsentralnı Rayon Məhkəməsi Danil Suvorovu təqsirli bilərək altı il müddətinə həbsə məhkum etdi. Danil 18 avqust 2021-ci ildən həbsdə idi və bundan sonra da həbsdə qalacaq.

Qardaş barədə məlumat

Bir şeyə əminik: Yehovaya xidmətdə əlimizdən gələni etsək və Ona yaxın olsaq, üzləşdiyimiz çətinliklər nə olursa olsun, sevincimizi itirməyəcəyik (Zəbur 16:11).

Hadisələrin gedişatı

  1. 13 avqust 2021-ci il

    Özünü Müqəddəs Kitabla maraqlanan insan kimi qələmə verən bir şəxsin hökumət nümayəndələri ilə əlbir olaraq verdiyi ifadənin əsasında cinayət işi açıldı.

  2. 18 avqust 2021-ci il

    Evində axtarış aparıldı. Həbs olunaraq müvəqqəti saxlama kamerasına salındı.

  3. 19 avqust 2021-ci il

    İstintaq təcridxanasına keçirildi.

  4. 29 aprel 2022-ci il

    Rəsmi olaraq qadağan edilmiş ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə, fəaliyyətində iştirak etməkdə və başqalarını da bu fəaliyyətə cəlb etməkdə ittiham olundu.

  5. 10 iyun 2022-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı.

a b Bu məqalə hazırlanan zaman Danil qardaş istintaq təcridxanasında olduğu üçün onun özündən müsahibə götürmək mümkün olmadı.