Kontentə keç

Soldan sağa: Nadejda Koroboçko, İqor Kletkin və Nikolay Kononenko

1 APREL 2024 | YENİLƏNİB: 30 İYUL 2024
RUSİYA

«Təslim olmaqdan söhbət gedə bilməz» | YENİLƏNİB. ÜÇ NƏFƏR MƏHKUM EDİLDİ

«Təslim olmaqdan söhbət gedə bilməz» | YENİLƏNİB. ÜÇ NƏFƏR MƏHKUM EDİLDİ

30 iyul 2024-cü il tarixində Xabarovsk Vilayətinin Nikolayevsk-Amur Şəhər Məhkəməsi dindaşlarımız İqor Kletkin, Nikolay Kononenko və Nadejda Koroboçkonu təqsirli bildi. İqor və Nikolay altı il, Nadejda isə beş il müddətinə şərti həbs cəzasına məhkum edildi. Cəza şərti olduğu üçün onlar həbsxanaya salınmayacaqlar.

Dindaşlarımız barədə məlumat

Yehovanın Ona etibar edənlərə və «Allahım Sənsən!» deyənlərə göstərdiyi məhəbbətə və dəstəyə görə çox minnətdarıq (Zəbur 31:14).

Hadisələrin gedişatı

  1. 11 oktyabr 2021

    İqor və Nadejdanın evlərində axtarış aparılır. İqor müvəqqəti saxlama kamerasına salınır

  2. 12 oktyabr 2021

    Nadejda sorğu-sual edilir

  3. 13 oktyabr 2021

    İqor azadlığa buraxılır

  4. 14 oktyabr 2021

    İqor və Nadejdadan başqa yerə getməmək barədə iltizam alınır

  5. 27 sentyabr 2022

    Nikolaydan başqa yerə getməmək barədə iltizam alınır

  6. 16 yanvar 2023

    Cinayət işi üzrə məhkəmə icraatı başlanır