Kontentə keç

Tatyana Şolner

21 İYUN 2021
RUSİYA

Tatyana Şolner Yehovaya tam güvənir və sevincini itirmir | YENİLƏNİB

Tatyana Şolner Yehovaya tam güvənir və sevincini itirmir | YENİLƏNİB

14 sentyabr 2022-ci il tarixində Doqquzuncu Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsi Tatyana Şolnerin ikinci şikayətini rədd etdi. Cəza şərti olduğu üçün o, həbsə salınmayacaq.

16 dekabr 2021-ci il tarixində Yəhudi Muxtar Vilayət Məhkəməsi Tatyana Şolnerin şikayətini təmin etmədi.

25 iyun 2021-ci il tarixində Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi Tatyana Şolneri iki il yarım müddətinə şərti həbs cəzasına məhkum etdi.

Bacı barədə məlumat

Tatyana Şolner

  • Doğulduğu il: 1993 (Birobican)

  • Bioqrafiya. O, uşaq ikən atası qətlə yetirilmişdi. Anası onu və qardaşını tək böyüdüb. Tatyana aptekdə işləyir. Voleybol oynamağı, konki və velosiped sürməyi sevir.

    Texnikumda dərziliyi oxuyanda Müqəddəs Kitaba marağı yarandı. Yehovanın Şahidi olan qrup yoldaşı ona dərin təəssürat bağışladı. 2014-cü ildə 12 yaşlı qohumu öləndə dirilmə ümidi ona təsəlli verdi. 2017-ci ildə vəftiz olundu.

Cinayət işi haqda məlumat

6 fevral 2020-ci il tarixində, 27 yaşlı Tatyana da daxil olmaqla, Birobicanda altı bacımız barədə cinayət işləri açıldı. Onları sadəcə dinlərinə etiqad etdiklərinə görə «ekstremizmdə» ittiham etdilər. Yəhudi Muxtar Vilayətində dindaşlarımız barədə ümumilikdə 19 cinayət işi açılıb.

Tatyana əmindir ki, bu sınaqlara dözməyə ona Yehova kömək edir. Bacı deyir: «Təqiblər başlayanda ruhani məşğuliyyətlərimin cədvəli bir az pozuldu, ancaq Müqəddəs Kitabı oxumaqdan heç vaxt qalmırdım. Hisslərim və məni narahat edən hər şey barədə Yehovaya danışırdım. Hər şeyə tab gətirmək və Ona sona qədər sadiq qalmaq üçün Ondan duada müqəddəs ruh istəyirdim. Məhkəmədə Allahın adını əminliklə müdafiə etmək istəyirdim, ona görə Ondan cəsarət və hikmət diləyirdim».

Bacı sözünə davam edərək deyir: «Yehovanın həmişə kömək etdiyini, dəstək olduğunu bilmək mənə sevincimi qorumağa kömək edir. Yehova möhkəm sağ əli ilə məni tutur. Bu, sınaqlar zamanı mənə Ona tam güvənməyə və sakitliyi qorumağa kömək edir» (Əşiya 41:10).

Biz məhkəmənin nə qərar verəcəyini gözləyirik və əminik ki, Tatyana bacı Yehovanın köməyilə çətinliklərə sinə gərəcək (Romalılara 12:12).