Kontentə keç

Tatyana Obijestvit

6 MAY 2022 | YENİLƏNİB: 21 FEVRAL 2023
RUSİYA

Tatyana Obijestvit Yehovaya güvənir | YENİLƏNİB: BACI MƏHKUM EDİLDİ

Tatyana Obijestvit Yehovaya güvənir | YENİLƏNİB: BACI MƏHKUM EDİLDİ

20 fevral 2023-cü il tarixində Tatarıstan Respublikası, Kazan şəhərinin Vaxitovski Rayon Məhkəməsi Tatyana Obijestvit bacını təqsirli bilərək iki il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün bacı həbsə salınmayacaq.

Hadisələrin gedişatı

  1. 19 yanvar 2020-ci il

    Kazan şəhərində bir neçə Yehovanın Şahidinin, o cümlədən Tatyananın evində axtarış aparıldı. Onu sorğu-sual edib müvəqqəti istintaq təcridxanasına saldılar.

  2. 21 yanvar 2020-ci il

    Tatyana ev dustaqlığına keçirildi.

  3. 25 may 2021-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı.

Bacı barədə məlumat

Tatyananın nümunəsi bizi çox ruhlandırır. Çox sevinirik ki, o, dözüm göstərir, Yehovaya etibar edir və öz ağlına güvənmir (Məsəllər 3:5).