1 NOYABR 2021 | YENİLƏNİB: 9 AVQUST 2023
RUSİYA
Uzun müddət həbsdə olmuş Dmitri Barmakin sevincini itirmir | YENİLƏNİB. QARDAŞ AZADLIĞA BURAXILDI
8 avqust 2023-cü il tarixində Primorsk Vilayət Məhkəməsi Dmitri Barmakin qardaşın verdiyi apelyasiya şikayətini təmin etdi və barəsində bəraət hökmü çıxardı. Qardaş dərhal həbsdən azad edildi. Bununla belə, onun cinayət işi prokurorluğa qaytarıldı və qardaş barəsində üçüncü dəfə məhkəmə icraatı başlanacaq.
27 aprel 2023-cü il tarixində Pervoreçenski Rayon Məhkəməsi (Primorsk vilayəti, Vladivostok şəhəri) qardaşımız Dmitri Barmakini təqsirli bilərək səkkiz il həbs müddətinə məhkum etdi. O, məhkəmə zalındaca həbs edilib.
8 aprel 2022-ci il tarixində Primorsk Vilayət Məhkəməsi Dmitri Barmakinə çıxarılmış bəraət hökmünü ləğv etdi və işi təkrar baxışa göndərdi.
Hadisələrin gedişatı
22 noyabr 2021-ci il tarixində Pervoreçenski Rayon Məhkəməsi (Primorsk vilayəti, Vladivostok şəhəri) Dmitri Barmakini təqsirsiz bildi və onun barəsində bəraət hökmü çıxardı. İlk dəfədir ki, Rusiyada məhkəmə Rusiyanın Cinayət Məcəlləsinin 282.2(1) (ekstremist təşkilatın fəaliyyətini təşkil etmək) maddəsi ilə ittiham olunan Yehovanın Şahidi barədə bəraət hökmü çıxarır. Məhkəmə Dmitrinin üzərinə qoyulmuş məhdudiyyətləri götürəcək. Prokurorluq qərardan şikayət verməsə, qərar 3 dekabr 2021-ci il tarixində qüvvəyə minəcək.
20 aprel 2021-ci il
Cinayət işi təzələndi.
18 dekabr 2020-ci il
Sübutların kifayət olmadığı əsası ilə cinayət işi prokurorluğa qaytarıldı. Müəyyən hərəkətlərə qoyulmuş qadağalar götürülmədi.
18 oktyabr 2019-cu il
447 gündən sonra Dmitri azad edildi. Müəyyən hərəkətlərə qoyulmuş sərt məhdudiyyətlər qaldı. Məhkəmə məhkəməyədək həbs müddətini on dəfə uzatmışdı.
28 iyul 2018-ci il
Səhər saat 7-də bir qrup silahlı maskalı şəxs Dmitrinin həyat yoldaşı Yelenanın 90 yaşlı nənəsinin evinə soxuldu. Dmitri ilə Yelena yaşlı qadına baxmaq üçün ora getmişdilər. Ər-arvadı tutub oradan 177 kilometr uzaqlıqda yerləşən yaşadıqları Vladivostok şəhərinə apardılar. Dmitrini istintaq təcridxanasına saldılar.
27 iyul 2018-ci il
Dmitri Barmakin barədə cinayət işi açıldı.
2017-ci ilin oktyabr ayı
Federal Təhlükəsizlik Xidmətinə (FTX) işləyən 30 yaşlı qadın özünü Müqəddəs Kitabla maraqlanan adam kimi qələmə verərək müxtəlif bacı-qardaşlarla söhbətlərini gizlicə kameraya çəkirdi.
Qardaş barədə məlumat
Məhkəmənin qərarından sonra, ola bilsin, həbsxana yenə də Dmitri ilə Yelenanı ayırdı. «Yehovanın bəxş etdiyi sevinc»i qoruyan bu ər-arvad bizim üçün gözəl nümunədir (Nəhəmya 8:10).