Kontentə keç

Vasili Meleşko

17 AVQUST 2021
RUSİYA

Vasili Meleşko Krasnodarda işi qısa müddətdə baxılan dördüncü qardaşdır | YENİLƏNİB

Vasili Meleşko Krasnodarda işi qısa müddətdə baxılan dördüncü qardaşdır | YENİLƏNİB

14 iyun 2022-ci il tarixində Dördüncü Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsi Vasili Meleşkonun şikayətini təmin etmədi. Vasili həbsdə qalacaq.

Hadisələrin gedişatı

  1. 7 oktyabr 2021-ci il tarixində Krasnodar Vilayət Məhkəməsi Vasili Meleşko qardaşın apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qaldı.

  2. 11 avqust 2021-ci il

    Krasnodar Vilayətinin Abinski Rayon Məhkəməsi Vasili Meleşko qardaşı üç il müddətinə həbsə məhkum etdi. Məhkəmə iclasları cəmi iki gün çəkdi. Vasili məhkəmə zalındaca həbsə alındı. O, bu məhkəmə tərəfindən qısa müddət ərzində məhkum edilmiş dördüncü Yehovanın Şahididir a.

  3. 10 avqust 2021-ci il

    Vasilinin məhkəmə iclasları başladı. Hakimin Yehovanın Şahidi olub-olmadığı sualına Vasili cəsarətlə «bəli» cavab verdi.

  4. 24 iyun 2021-ci il

    Vasili ilə Aleksandr İvşin arasındakı söhbətlər onun «cinayətləri» siyahısına əlavə edildi. Prokuror onların söhbətlərini «Yehova Allaha xidmətlə» bağlı dini mövzuda söhbətlər kimi təsnif etdi.

  5. 12 aprel 2021-ci il

    Vasilini rəsmi olaraq «dini nəşrlərə əsaslanmış nitqlərlə çıxış etməkdə və onlara qulaq asmaqda», eləcə də «dini nəşrlərin kollektiv müzakirəsində iştirak etməkdə» və digər əməlləri törətməkdə ittiham etdilər.

  6. 7 aprel 2021-ci il

    Səhər saat 6:30-da xüsusi formada olan üç silahlı adam, istintaq komitəsinin dörd əməkdaşı və iki hal şahidi Vasili ilə yoldaşı Zoyanın evində axtarış keçirdilər. Vasilini sorğu-suala apardılar. İstintaq komitəsinin əməkdaşları onun evdə, eləcə də dindaşlarımızın əvvəllər ibadət üçün toplaşdıqları binanın qabağında «cinayətin törədildiyi yerin sübutu» kimi şəkillərini çəkdilər. Ondan başqa yerə getməmək barədə iltizam götürdülər.

Qardaş barədə məlumat

Məhkəmənin qısa vaxtda bitməsi və Rusiyada dindaşlarımızın hələ də təqiblərə məruz qalması «bəd xəbər» olsa da, Yehovaya güvənən Vasili və ailəsi sarsılmaz və möhkəm qalır (Zəbur 112:7, 8).

a Oleq Danilov 2021-ci il martın 30-u üç il, Aleksandr İvşin fevralın 10-u yeddi il yarım, Aleksandr Şerbina isə aprelin 6-sı üç il müddətinə həbsə məhkum ediliblər.