Kontentə keç

Həbsdən azad olunan Vasili Meleşko qardaşı həyat yoldaşı Zoya və oğlu qarşılayır. Üst şəkil: Vasili və Zoya

16 İYUL 2024
RUSİYA

Vasili Meleşko həbsdən azad olunub

Vasili Meleşko həbsdən azad olunub

2024-cü il 12 iyul tarixində Vasili Meleşko həbsdən azad edildi. Vasili qardaş 2021-ci ildə üçillik həbs cəzasına məhkum edilmişdi.

Həbsdə olduğu üç il ərzində qardaş ən azı yeddi fərqli həbsxanada olub. Hətta elə olub ki, Vasilinin yoldaşı Zoyanın düz bir ay onun harada olduğundan xəbəri olmayıb. Bu onu çox narahat edirdi, çünki Vasilinin sağlamlığında problemlər var idi.

Zoya bu ayrılığa necə dözdüklərindən danışdı: «Biz başa düşdük ki, bu vəziyyətin ailə bağlarımızı və Allahla münasibətlərimizi zəiflətməsinə izin versək, Şeytanın sevincinin həddi-hüdudu olmayacaq. Buna yol verməmək üçün əlimizdən gələni etdik ki, həm bir-birimizlə, həm də Yehova ilə aramızdakı münasibətlər pozulmasın. Vasili mənə məhəbbətini hiss etdirən məktublar yazırdı və hər fürsətdə ruhani cəhətdən möhkəmləndirirdi».

Sevinirik ki, nəhayət Vasili həyat yoldaşına və sevdiklərinə qovuşub. Biz həbsdə olan bacı-qardaşlarımız üçün dua edirik və əminik ki, Yehova bütün çətinliklərimizdə bizə dayaq olacaq (Zəbur 55:22).