Kontentə keç

Soldan sağa: Vladimir Çesnokov, Vladimir Dutkin və Valeri Yakovlev

7 YANVAR 2022
RUSİYA

Vladimir Çesnokov, Vladimir Dutkin və Valeri Yakovlev imanlarına görə məhkəmə qarşısına çıxarılıblar | YENİLƏNİB

Vladimir Çesnokov, Vladimir Dutkin və Valeri Yakovlev imanlarına görə məhkəmə qarşısına çıxarılıblar | YENİLƏNİB

13 aprel 2022-ci il tarixində Çuvaş Respublikasının Ali Məhkəməsi Vladimir Çesnokov, Vladimir Dutkin və Valeri Yakovlevin apelyasiya şikayətini təmin etmədi. Cərimələnmələri barədə qərar artıq qüvvəyə mindi.

10 fevral 2022-ci il tarixində Çeboksarı Şəhərinin Kalininski Rayon Məhkəməsində Vladimir Çesnokov, Vladimir Dutkin və Valeri Yakovlevə hökm oxundu. Vladimir Dutkin 500 000 rubl (6715 ABŞ dolları), Vladimir Çesnokov və Valeri Yakovlev isə 400 000 rubl (5372 ABŞ dolları) məbləğində cərimə edildilər. Onlar həbsə salınmayacaq.

Hadisələrin gedişatı

  1. 7 iyun 2021-ci il

    Vladimir Çesnokov və Valeri Yakovlev cinayət işinə ittiham olunan şəxs qismində cəlb olundular.

  2. 30 dekabr 2020-ci il

    Vladimir Dutkinə qarşı ittiham irəli sürüldü və ondan başqa yerə getməmək barədə iltizam götürüldü.

  3. 25 noyabr 2020-ci il

    Vladimir Dutkinin evində axtarış keçirildikdən sonra barəsində cinayət işi açıldı. Onu sorğu-suala apardılar.

Qardaşlar barədə məlumat

Allahın Kəlamını hər gün mütaliə etmək bacı-qardaşlarımıza gündəlik qayğılarının öhdəsindən gəlməyə və Yehovanın dar gündə pənah yerimiz olduğuna əmin olmağa kömək edir (Zəbur 27:5).