10 APREL 2020
RUSİYA
Vladimir Aluşkin həbsdən azad edilib
30 mart 2020-ci il tarixində qardaşımız Vladimir Aluşkin həbsdən azad edilib və ailəsinə qovuşub.
Öncə xəbər verildiyi kimi, onun azadlığa çıxması Penza Vilayət Məhkəməsinin 25 mart tarixli qərarından sonra mümkün olub. Bu qərarla qardaşlarımız Vladimir Aluşkin, Vladimir Kulyasov, Andrey Maqliv, Denis Timoşin və bacılarımız Tatyana Aluşkina və Qaliya Olxova barəsində ittiham hökmü ləğv edilib. Penza Vilayət Məhkəməsi işə başqa hakim tərəfindən baxılması üçün onu birinci instansiya məhkəməsinə qaytarıb. Başqa yerə getməmək barədə iltizam da daxil olmaqla, onların hamısı müəyyən məhdudiyyətlər altındadır.
Vladimir Aluşkinin azadlığa çıxması xəbərinə çox sevindik. Lakin bundan iki gün sonra Rusiyanın şimal-şərqində digər qardaşımız imanına görə məhkum olundu. Nə qədər ki bu əsassız hücumlar davam edir, biz əminik ki, Rusiyadakı bacı-qardaşlar Nahum 1:7 ayəsindəki sözləri bərk-bərk yadda saxlayacaqlar: «Yehova kəramətlidir, dar gündə möhkəm qaladır. Ona pənah gətirənləri tanıyır».