Kontentə keç

Vladimir Aluşkin həyat yoldaşı Tatyana ilə

16 SENTYABR 2020
RUSİYA

Vladimir Aluşkin həbsxanaya qayıtmayacaq

Vladimir Aluşkin həbsxanaya qayıtmayacaq

16 sentyabr 2020-ci il tarixində Penza Vilayət Məhkəməsi Vladimir Aluşkin, Vladimir Kulyasov, Andrey Maqliv, Denis Timoşin, Tatyana Aluşkina və Qaliya Olxovanın apelyasiya şikayəti üzrə qərar çıxardı. Məhkəmə Vladimir Aluşkinin altıillik həbs cəzasını dörd il müddətinə şərti həbs cəzası ilə əvəz etdi. Biz sevinirik ki, Vladimir qardaş yenidən həbsə göndərilmədi. Digər bacı-qardaşlar barədə çıxarılmış şərti həbs cəzası barədə qərar dəyişdirilmədən saxlanıldı.