Kontentə keç

Xasan Koqut yoldaşı Yekaterina və səkkizyaşlı oğlu Timofeylə

24 AVQUST 2020
RUSİYA

Xasan Koqut ikiillik həbsə məhkum edilərək yoldaşı və azyaşlı oğlundan ayrı düşə bilər

Xasan Koqut ikiillik həbsə məhkum edilərək yoldaşı və azyaşlı oğlundan ayrı düşə bilər

Qərarın elan ediləcəyi tarix

Təklif edilən cəza

İkiillik həbs

Qardaş barədə qısa məlumat

Xasan Koqut

  • Doğulduğu il: 1983 (Özbəkistan, Şəhrisəbz)

  • Bioqrafiya. 1990-cı illərin ortasında Müqəddəs Kitabla maraqlanmağa başladı. 2004-cü ildə Rusiyaya köçdü və oranın vətəndaşlığını aldı. 2010-cu ildə Yekaterina ilə ailə qurdu. 2012-ci ildə oğulları Timofey doğuldu.

Cinayət işi haqda məlumat

2018-ci ilin iyul ayında hüquq-mühafizə orqanlarının əməkdaşları Yehovanın Şahidlərinin yaşadığı səkkiz evdə axtarış apardı və elektron cihazları müsadirə etdi. Bir neçə aydan sonra Xasanı və onun yoldaşını müsadirə edilmiş əşyanı götürmələri üçün polis şöbəsinə çağırdılar. Şöbəyə gəldikləri gün, 6 fevral 2019-cu il tarixində, polislər Xasan qardaşı saxladılar. Dini yığıncaqda iştirak etdiyinə görə onu «ekstremist» təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham etdilər.

İki gün şöbədə saxladıqdan sonra Xasan qardaşı ev dustaqlığına keçirdilər. 200 gündən çox ev dustaqlığında olduqdan sonra 2019-cu ilin avqust ayında onu azad etdilər. Bir neçə həftədən sonra cinayət işi üzrə məhkəmə araşdırması başladı.

Biz əminik ki, Xasan qardaş və onun ailə üzvləri qayğı yüklərini Yehovaya tapşırıb və Yehovanın onların qayğısına qalması onlara təsəlli verir (1 Butrus 5:7).

a Tarix dəyişə bilər.