Kontentə keç

Yuxarıda solda: Pyotr Filiznov. Ortada solda: Andrey Vyuşin. Sağda: Aleksandr Kuznetsov həyat yoldaşı Mariya ilə

13 FEVRAL 2023 | YENİLƏNİB: 6 NOYABR 2023
RUSİYA

Yaroslavlda təqiblər üç ailənin həyatını alt-üst edib | YENİLƏNİB. ŞİKAYƏT

Yaroslavlda təqiblər üç ailənin həyatını alt-üst edib | YENİLƏNİB. ŞİKAYƏT

30 oktyabr 2023-cü il tarixində Yaroslavl şəhərinin Dzerjinsk Rayon Məhkəməsi qardaşlarımız Pyotr Filiznov və Andrey Vyuşinin verdiyi şikayəti qismən təmin etdi. Məhkəmə qardaşlara təyin olunmuş altı il yarım müddətli şərti həbs cəzasını iki il yarıma qədər azaltdı. Aleksandr Kuznetsov və onun həyat yoldaşı Mariyanın cəzası dəyişdirilmədi.

3 avqust 2023-cü il tarixində Yaroslavl şəhərinin Dzerjinsk Rayon Məhkəməsi Pyotr Filiznov, Andrey Vyuşin, Aleksandr Kuznetsov və onun həyat yoldaşı Mariya Kuznetsovanı təqsirli bilərək onları şərti həbs cəzasına məhkum etdi. Andrey və Pyotr altı il yarım, Aleksandr və Mariya isə iki il yarım müddətinə şərti həbs cəzasına məhkum edildi. Cəza şərti olduğu üçün onlar həbsxanaya salınmayacaq.

Dindaşlarımız barədə məlumat

Əminik ki, Yaroslavldakı dörd dindaşımız kimi biz də Yehovaya güvənsək, imanımız heç vaxt sarsılmaz (Zəbur 125:1).

Hadisələrin gedişatı

  1. 13 aprel 2021-ci il

    Evlərində aparılan axtarışdan sonra müvəqqəti saxlama kamerasına salındılar

  2. 15 aprel 2021-ci il

    İstintaq təcridxanasına salındılar

  3. 14 iyul 2021-ci il

    İstintaq təcridxanasından buraxıldılar və onlardan başqa yerə getməmək barədə iltizam alındı

  4. 9 sentyabr 2022-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı