25 NOYABR 2021
RUSİYA
Yehova Yevgeni Korotun qardaşa təsəlli verir | YENİLƏNİB
16 may 2022-ci il tarixində Tomsk Vilayət Məhkəməsi Yevgeni Korotun qardaşın apelyasiya şikayətini təmin etmədi. Qardaş həbsdə qalacaq.
20 yanvar 2022-ci il tarixində Tomsk Vilayətinin Seversk Şəhər Məhkəməsi Yevgenini yeddi il müddətinə həbsə məhkum etdi. Hökm dərhal qüvvəyə mindi.
Hadisələrin gedişatı
31 mart 2021-ci il
Yevgeninin işi üzrə məhkəmə araşdırması başladı.
7 sentyabr 2020-ci il
Yevgenini tutub məhkəməyə apardılar. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçdi.
15 iyul 2020-ci il
Yevgenini ev dustaqlığına saldılar.
14 iyul 2020-ci il
Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Seversk şəhərində Yehovanın Şahidlərinin yaşadığı altı evdə, o cümlədən Korotunlar ailəsinin evində axtarış apardı.
13 iyul 2020-ci il
Yevgeni barədə cinayət işi açıldı.
2018—2019
Hüquq-mühafizə orqanının iki əməkdaşı özlərini Müqəddəs Kitaba maraq göstərən insanlar kimi qələmə verərək Yevgeni ilə söhbətlərini gizlicə yazıya alırdı. Həmin yazılar sonradan ona qarşı istifadə olundu.
Qardaş barədə məlumat
Biz əminik ki, Yehova Korotunlar ailəsinə və bu çətin günlərdə Ona sadiq qalan hər kəsə yaxındır (Romalılara 15:5).
a Yevgeni hal-hazırda həbsdədir, bu səbəbdən ondan müsahibə götürmək mümkün deyildi.