Kontentə keç

Saat əqrəbi istiqamətində yuxarıda soldan: Maya Karpuşkina; Nikolay Polevodov; Vitali Juk və həyat yoldaşı Tatyana; Stanislav Kim; Svetlana Sedova

23 MART 2022 | YENİLƏNİB: 24 İYUN 2024
RUSİYA

Yehova altı sadiq dindaşımıza dayaq olur | YENİLƏNİB. Həbs və şərti cəzalar

Yehova altı sadiq dindaşımıza dayaq olur | YENİLƏNİB. Həbs və şərti cəzalar

2024-cü il 20 iyunda Xabarovsk Şəhərinin İndustrialnı Rayon Məhkəməsi Maya Karpuşkina, Stanislav Kim, Nikolay Polevodov, Svetlana Sedova, Vitali Juk və onun həyat yoldaşı Tatyananı təqsirli bildi. Mayaya dörd il, Svetlana və Tatyanaya isə beş il müddətinə şərti həbs cəzası kəsildi. Cəza şərti olduğu üçün bacılar həbsxanaya salınmayacaqlar. Stanislav səkkiz il iki ay, Vitali səkkiz il dörd ay, Nikolay isə səkkiz il altı ay müddətinə həbsə məhkum edildi. Bunlar 2017-ci ildə Yehovanın Şahidlərinin fəaliyyətinə qadağa qoyulandan bəri verilmiş ən ağır cəzalardır. Qardaşlar elə məhkəmə zalında həbs olundular.

Hadisələrin gedişatı

  1. 10 noyabr 2018-ci il

    Güc strukturlarının əməkdaşları 55 nəfərin iştirakı ilə kafedə keçirilən dostluq görüşünə basqın edir. Hamı, o cümlədən azyaşlılar dindirilir, onların şəkilləri çəkilir və barmaq izləri götürülür

  2. 12 noyabr 2018-ci il

    Stanislav, Nikolay və Vitalini istintaq təcridxanasına salınır. Maya, Svetlana və Tatyanadan başqa yerə getməmək barədə iltizam alınır

  3. 14 yanvar 2019-cu il

    Nikolayla Vitalini istintaq təcridxanasından ev dustaqlığına keçirilir

  4. 29 yanvar 2019-cu il

    Stanislavı istintaq təcridxanasından ev dustaqlığına keçirilir

  5. 18 iyul 2019-cu il

    İş Xabarovsk Şəhərinin İndustrialnı Rayon Məhkəməsinə göndərilir

  6. 2 avqust 2019-cu il

    Nikolay ev dustaqlığından azad edilir

  7. 9 sentyabr 2019-cu il

    Stanislav və Nikolay barədə açılmış ayrı işin materialları Xabarovsk Şəhərinin Jeleznodorojnı Rayon Məhkəməsinə göndərilir

  8. 5 noyabr 2019-cu il

    Nikolaydan başqa yerə getməmək barədə iltizam alınır

  9. 18 yanvar 2020-ci il

    Stanislav və Vitali ev dustaqlığından buraxılır

  10. 4 fevral 2020-ci il

    Stanislav və Nikolay barələrində açılmış başqa iş üzrə təqsirli bilinirlər. Xabarovsk Şəhərinin Jeleznodorojnı Rayon Məhkəməsinin qərarı ilə onlar iki il müddətinə (sınaq müddəti ilə) şərti həbs cəzasına məhkum edilirlər

  11. 3 avqust 2020-ci il

    İndustrialnı Rayon Məhkəməsi işi prokurorluğa qaytarır. Prokuror qərardaddan şikayət verir

  12. 29 sentyabr 2020-ci il

    Xabarovsk Vilayət Məhkəməsində prokurorun apelyasiya şikayətinə baxılır. Stanislav və Nikolaya hakim qarşısında çıxış etməyə icazə verilir. Onlar qeyd edirlər ki, Rusiya Federasiyası beynəlxalq ictimaiyyətin bir hissəsidir və hökumət üzərinə vətəndaşlarının etiqad azadlığı hüququnu pozmamaq öhdəliyini götürüb

  13. 12 oktyabr 2020-ci il

    Xabarovsk Vilayət Məhkəməsi İndustrialnı Rayon Məhkəməsinin qərardadını qüvvədə saxlayır və iş prokurorluğa qaytarılır

  14. 15 dekabr 2021-ci il

    İş yenidən İndustrialnı Rayon Məhkəməsinə daxil olur

Dindaşlarımız barədə məlumat

Biz əminik ki, Yehova müasir «şahidlər buludu»nu təşkil edən bu və digər dindaşlarımıza bundan sonra da dəstək olacaq (İbranilərə 12:1).