Kontentə keç

Yuxarı cərgə, soldan sağa: Aleksey Dyadkin, Aleksey Qorelı və Nikita Moiseyev

Aşağı cərgə, soldan sağa: Vladimir Popov, Yevgeni Razumov və Oleq Şidlovski

24 MART 2022
RUSİYA

Yehova həbsdə olan altı qardaşın ailəsinə dəstək olur | YENİLƏNİB

Yehova həbsdə olan altı qardaşın ailəsinə dəstək olur | YENİLƏNİB

19 sentyabr 2022-ci ildə Rostov Vilayətinin Qukovo Şəhər Məhkəməsi Aleksey Dyadkin, Aleksey Qorelı, Nikita Moiseyev, Vladimir Popov, Yevgeni Razumov və Oleq Şidlovskini təqsirli bilib. Aleksey Qorelı və Oleq Şidlovski altı il yarım müddətinə həbsə məhkum edildi. Aleksey Dyadkin, Nikita Moiseyev, Vladimir Popov, Yevgeni Razumov isə yeddi il müddətinə həbsə məhkum edildi. Qərar dərhal qüvvəyə mindi.

Hadisələrin gedişatı

  1. 8 avqust 2020-ci il

    FTX əməkdaşları Rostov vilayətinin üç şəhərində və Kursk şəhərində Yehovanın Şahidlərinin yaşadığı 17 evdə axtarış apardılar. Ertəsi gün Aleksey Qorelı, Nikita Moiseyev, Yevgeni Razumov və Oleq Şidlovskini tutub, istintaq təcridxanasına saldılar. Vladimir Popov federal axtarışa verildi.

  2. 12 avqust 2020-ci il

    FTX Vladimir Popovu tutdu. İki gündən sonra onun barəsində həbs qətimkan tədbiri seçildi.

  3. 21 avqust 2020-ci il

    Sorğu-suala gələn Aleksey Dyadkin barəsində həbs qətimkan tədbiri seçildi.

  4. 28 iyun 2021-ci il

    Vəkil həbsdə olan altı qardaşa baş çəkdi. Onlar saxlanma şəraitinin pis olduğunu bildirdilər: kameralar havasızdır, temperatur bəzən 40 dərəcəyə çatır, divarları kif basıb, məhbuslar arasında koronavirus xəstəliyi gəzir.

  5. 21 iyul 2021-ci il

    Vladimir Popov tənəffüs yollarında nasazlıq hiss etdiyi üçün onu başqa istintaq təcridxanasının tibb məntəqəsinə göndərdilər. Daha sonra onu xəstəxanaya köçürdülər.

  6. 30 sentyabr 2021-ci il

    İki aydan çox xəstəxanada yatmış Vladimir Popovu istintaq təcridxanasına qaytardılar.

  7. 17 noyabr 2021-ci il

    Məhkəmə araşdırması başladı. Altı qardaşın məhkəməyədək həbs müddəti uzadıldı.

Qardaşlar barədə məlumat

Biz qardaşlarımız və onların ailələri üçün Yehovaya dua etməyə davam edirik. Əminik ki, Yehova onlara lazımi iman və güc verəcək (Romalılara 15:30).

a b c d e f Qardaşların altısı da hazırda həbsdə olduğundan müsahibə onların həyat yoldaşlarından götürülüb.