Kontentə keç

Soldan sağa: Aleksandr Sobyanin, Vladimir Timişkin və Vladimir Poltoradnev

12 SENTYABR 2023
RUSİYA

«Yehova həmişə dayaq olur!»

«Yehova həmişə dayaq olur!»

18 avqust 2023-cü il tarixində Perm Vilayətinin Solikamsk Şəhər Məhkəməsi Vladimir Poltoradnev, Aleksandr Sobyanin və Vladimir Timişkini təqsirli bildi. Vladimir Poltoradnev 638 000 rubl (6787 ABŞ dolları), Aleksandr Sobyanin 494 000 rubl (5255 ABŞ dolları), Vladimir Timişkin isə 512 000 rubl (5447 ABŞ dolları) məbləğində cərimə olundular. Bu dəfə onlar həbsə salınmayacaqlar.

Qardaşlar barədə məlumat

Əminik ki, Yehovaya güvənməyə davam edən bu dindaşlarımız Onun sonsuz məhəbbətini dadacaqlar (Zəbur 13:5, 6).

Hadisələrin gedişatı

  1. 28 iyul 2020-ci il

    Evlərində axtarış aparıldı. Hər üç qardaş müvəqqəti saxlama təcridxanasına salındı

  2. 29 iyul 2020-ci il

    Vladimir Timişkin müvəqqəti saxlama təcridxanasından azad edildi və ev dustaqlığına məhkum edildi

  3. 30 iyul 2020-ci il

    Aleksandr müvəqqəti saxlama təcridxanasından azad edildi və ondan başqa yerə getməmək barədə iltizam götürüldü

  4. 31 iyul 2020-ci il

    Vladimir Poltoradnev müvəqqəti saxlama təcridxanasından azad edildi və ev dustaqlığına məhkum edildi

  5. 24 sentyabr 2020-ci il

    Vladimir Poltoradnevin ev dustaqlığına son qoyuldu və ondan başqa yerə getməmək barədə iltizam götürüldü

  6. 26 oktyabr 2020-ci il

    Vladimir Timişkinin ev dustaqlığına son qoyuldu və ondan başqa yerə getməmək barədə iltizam götürüldü

  7. 16 may 2023-cü il

    Cinayət işi üzrə məhkəmə icraatı başlandı

a Vladimir Timişkindən müsahibə götürmək alınmadı