Kontentə keç

Olqa Jelavskaya

17 YANVAR 2023 | YENİLƏNİB: 17 APREL 2023
RUSİYA

«Yehova həmişə yanımdadır» | YENİLƏNİB. BACI MƏHKUM OLUNDU

«Yehova həmişə yanımdadır» | YENİLƏNİB. BACI MƏHKUM OLUNDU

17 aprel 2023-cü il tarixində Çelyabinsk şəhərinin Metallurgiçeski Rayon Məhkəməsi Olqa Jelavskayanı təqsirli bildi və onu iki il müddətinə şərti həbs cəzasına məhkum etdi. Prokuror onun üçün istədiyi cəza növünü hələ bildirməyib. Cəza şərti olduğu üçün bacı həbsə salınmayacaq.

Qısa məlumat

Əminik ki, hansı sınaqla qarşılaşsaq da, Yehova xidmətçilərinə dayaq olacaq və onlar əsla sarsılmayacaq (Zəbur 16:8).

Hadisələrin gedişatı

  1. 16 iyun 2018-ci il

    Hakimiyyət nümayəndələri Olqa bacını izləmək üçün evində gizli şəkildə audio və videoyazı avadanlığı quraşdırdı.

  2. 26 mart 2019-cu il

    Vladimir Suvorovun işi ilə əlaqəli Olqa bacının evində axtarış aparıldı.

  3. 31 avqust 2021-ci il

    Cinayət işi açıldı. Evində ibadət görüşləri keçirdiyi üçün ekstremist təşkilatın fəaliyyətini dəstəkləməkdə ittiham olundu.

  4. 22 oktyabr 2021-ci il

    İnsult keçirib və xəstəxanaya yerləşdirilib.

  5. 28 sentyabr 2022-ci il

    Cinayət işi üzrə məhkəmə araşdırması başlandı.