Kontentə keç

Soldan sağa: Yevgeni Fedin, Artur Severinçik və Timofey Jukov

26 İYUL 2022 | YENİLƏNİB: 6 DEKABR 2023
RUSİYA

Yehova haqsız yerə həbs olunan dindaşlarımıza dözməyə güc verir | YENİLƏNİB. QARDAŞLAR MƏHKUM OLUNDULAR

Yehova haqsız yerə həbs olunan dindaşlarımıza dözməyə güc verir | YENİLƏNİB. QARDAŞLAR MƏHKUM OLUNDULAR

5 dekabr 2023-cü il tarixində Surqut Şəhər Məhkəməsi (Xantı-Mansi Muxtar Mahalı—Yuqra) 17 qardaşı və bir bacını təqsirli bildi. Onların arasında Yevgeni Fedin, Artur Severinçik və Timofey Jukov da var. Qardaşlar altı il üç aydan yeddi ilədək, bacı isə üç il üç ay müddətinə şərti həbs cəzasına məhkum olundu. Cəza şərti olduğu üçün onlar həbsə salınmayacaqlar.

Hadisələrin gedişatı

  1. 15 fevral 2019-cu il

    Polislər Surqutda və ətraf şəhərlərdə yaşayan çoxlu sayda Yehovanın Şahidinin evində axtarış keçirdi. Aldığımız xəbərə görə sorğu-sual zamanı 7 qardaş fiziki zorakılığa məruz qalıb. Yevgeni Fedin və Artur Severinçik də daxil olmaqla 3 qardaş istintaq təcridxanasına salındı.

  2. 7 mart 2019-cu il

    Apelyasiya məhkəməsi 21 gündən sonra Arturun istintaq təcridxanasından buraxılmasını tələb etdi.

  3. 11 aprel 2019-cu il

    Yevgeni təxminən iki aydan sonra istintaq təcridxanasından buraxıldı. Məhkəmənin qərarı ilə onun başqa yerə getməyinə, başqaları ilə söhbət etməyinə və internetdən istifadə etməyinə məhdudiyyət qoyuldu.

  4. 16 yanvar 2020-ci il

    Hakim Timofey Jukovun psixiatriya xəstəxanasında müayinədən keçməsini tələb etdi. Səbəb isə o idi ki, Timofey müstəntiqin bəzi suallarını cavablandırmaqdan imtina edib, halbuki Rusiya Federasiyası Konstitusiyasının 51-ci maddəsinə əsasən, onun belə bir hüququ var. Timofey bununla bağlı apelyasiya şikayəti etdi.

  5. 5 fevral 2020-ci il

    Məhkəmə binasından çıxanda polislər Timofeyi həbs etdi. Baxmayaraq ki, onun apelyasiya şikayəti ilə bağlı qərar verilməmişdi, işə hələ baxılırdı, onu təxminən 1200 kilometr uzağa, Yekaterinburqdakı psixiatriya xəstəxanasına göndərdilər. Timofeyi 14 gün orada saxladılar.

  6. 5 mart 2020-ci il

    Apelyasiya məhkəməsi Timofeyin saxlanılmasının qeyri-qanuni olduğunu təsdiq etdi.

  7. 19 oktyabr 2021-ci il

    Apelyasiya məhkəməsi qeyri-qanuni saxlanıldığı üçün Timofeyə təzminat ödənilməsini tələb etdi.

  8. 12 noyabr 2021-ci il

    İlkin məhkəmə iclası zamanı vəkillər hüquq-mühafizə orqanları əməkdaşlarının Timofeyə qarşı qanunsuz və qeyri-humanist hərəkətlərə yol verdiyini sübut edən dəlillər göstərdi. Misal olaraq, işgəncələr, məlumatların saxtalaşdırılması və qərəzli mütəxəssislərlə iş birliyi gətirildi. Vəkillər işin yenidən prokurorluğa qaytarılmasını tələb etdi.

  9. 15 noyabr 2021-ci il

    Hakim etiraf etdi ki, işin bəzi hissələri qeyri-qanuni şəkildə aparılıb, lakin onun yenidən prokurorluğa qaytarılması haqqında vəsatəti rədd etdi.

Qardaşlar barədə qısa məlumat

Əminik ki, Yehova təqiblər vaxtı Yevgeniyə, Artura, Timofeyə və gözlərini görünməyən şeylərə dikmiş bütün bacı-qardaşlara bundan sonra da dayaq olacaq (2 Korinflilərə 4:17, 18).