Kontentə keç

Valeri Vyaznikov

11 İYUL 2023 | YENİLƏNİB: 9 NOYABR 2023
RUSİYA

«Yehova heç vaxt məni tək qoymur» | YENİLƏNİB. QARDAŞ MƏHKUM OLUNDU

«Yehova heç vaxt məni tək qoymur» | YENİLƏNİB. QARDAŞ MƏHKUM OLUNDU

7 noyabr 2023-cü il tarixində Primorye Vilayətinin Pojarski Rayon Məhkəməsi Valeri Vyaznikovu təqsirli bilərək iki il altı ay müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.

Qardaş barədə məlumat

Əminik ki, biz də Valeri qardaş kimi Allahın Kəlamının gücünə arxalansaq, bütün sınaqlara sədaqətlə tab gətirə bilərik (İbranilərə 4:12).

Hadisələrin gedişatı

  1. 2018-ci il

    Müstəntiqlər Luçeqorsk şəhərindəki Yehovanın Şahidlərinin evlərində axtarış aparıblar. Özünü Müqəddəs Kitabla maraqlanan kimi qələmə verən bir agent Yehovanın Şahidləri ilə olan söhbətlərini gizlin qeydə alıb

  2. 16 iyul 2021-ci il

    Valeriyə qarşı cinayət işi açıldı. O, başqalarını qadağan olunmuş təşkilata cəlb etməkdə ittiham olundu

  3. 5 dekabr 2022-ci il

    Ondan başqa yerə getməməklə bağlı iltizam alındı

  4. 9 fevral 2023-cü il

    Cinayət işi üzrə məhkəmə icraatı başlandı