Kontentə keç

Liya Maltseva

27 OKTYABR 2021
RUSİYA

«Yehova mənə sipər oldu» | YENİLƏNİB. ŞİKAYƏT RƏDD EDİLDİ

«Yehova mənə sipər oldu» | YENİLƏNİB. ŞİKAYƏT RƏDD EDİLDİ

1 noyabr 2022-ci il tarixində Primorye Vilayət Məhkəməsi Liya Maltsevanın apelyasiya şikayətini rədd etdi. Cəza şərti olduğu üçün o, həbsə salınmayacaq.

20 sentyabr 2022-ci ildə Primorsk Vilayətinin Partizansk Şəhər Məhkəməsi Liya Maltsevanı təqsirli bilib və onu iki il üç ay müddətinə şərti həbs cəzasına məhkum edib.

Hadisələrin gedişatı

  1. 22 iyun 2021-ci il

    Liya barədə məhkəmə araşdırması başladı.

  2. 18 avqust 2020-ci il

    FTX, Rusiyanın gizli polisi, Liyanın evində axtarış apardı. Bir neçə Müqəddəs Kitab, digər kitablar və telefonu müsadirə edildi. Sorğu-sual üçün onu İstintaq şöbəsinə apardılar.

  3. 9 iyul 2020-ci il

    Rusiya Federasiyasının Maliyyə Monitorinqi üzrə Federal Xidməti Liyanın adını terroristlər və ekstremistlər siyahısına saldı.

  4. 1 iyun 2020-ci il

    Liya barədə cinayət işi açıldı. Onu qadağan edilmiş dini təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham etdilər.

Bacı barədə məlumat

Dözüm göstərən Liya bacımızın gözəl nümunəsi bizi ruhlandırır. Biz zərrə qədər də şübhə etmirik ki, sadiq qaldığına görə Yehova onu mükafatlandıracaq (1 İşmuil 26:23).