Kontentə keç

Anatoli İsakov qardaş və həyat yoldaşı Tatyana

1 YANVAR 2024
RUSİYA

«Yehova məni heç vaxt tərk etməyib»

«Yehova məni heç vaxt tərk etməyib»

Kurqan Vilayətinin Kurqan Şəhər Məhkəməsi tezliklə Anatoli İsakov qardaşın işi ilə bağlı öz qərarını elan edəcək. Prokuror onun üçün istədiyi cəza növünü hələ bildirməyib.

Qardaş barədə məlumat

Üzləşdiyi çoxlu çətinliklərə rəğmən imanla dözüm göstərdiyinə görə Anatoli qardaşa minnətdarıq. Əminik ki, hansı çətinliklərlə qarşılaşsaq da, Yehova qəlbimizin qayası olacaq (Zəbur 73:26).

Hadisələrin gedişatı

  1. 13 iyul 2021-ci il

    Cinayət işi açıldı

  2. 14 iyul 2021-ci il

    Evində axtarış aparıldı. Müvəqqəti saxlama təcridxanasına salındı

  3. 15 iyul 2021-ci il

    İstintaq təcridxanasına keçirildi

  4. 21 iyul 2021-ci il

    Anatoli qardaşın həbsinə son qoyulması və kimyaterapiya müalicəsinin bərpa edilməsi üçün Kurqan Vilayət Klinik Xəstəxanasına müraciət edildi

  5. 28 avqust 2021-ci il

    Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müdaxiləsindən sonra istintaq təcridxanasından azad edilib ev dustaqlığına məhkum edildi

  6. 6 iyul 2023-cü il

    Cinayət işi üzrə məhkəmə icraatı başlandı