18 NOYABR 2021
RUSİYA
Yehova və dindaşları ilə dostluq sayəsində Andrey Ledyaykin mətin durur | YENİLƏNİB
26 aprel 2022-ci il tarixində Tomsk Vilayətinin Seversk Şəhər Məhkəməsi Andrey Ledyaykini 2 il 2 ay müddətinə həbsə məhkum etdi. Qardaş dərhal həbs edildi.
Hadisələrin gedişatı
12 iyul 2021-ci il
Andreyin işi üzrə məhkəmə araşdırması başladı.
30 mart 2021-ci il
Andreyi ekstremist fəaliyyətdə iştirak etməkdə ittiham etdilər.
29 mart 2021-ci il
Andreydən başqa yerə getməmək barədə iltizam götürüldü.
25 mart 2021-ci il
Andrey barədə cinayət işi açıldı. Bu səbəbdən onu işdən çıxardılar.
14 iyul 2020-ci il
Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları və iki polis nəfəri Andreyin iş yerinə gəlib onu tutdular. Sonra 12 saat ərzində evində axtarış apardılar.
Mart—aprel 2020-ci il
FTX əməkdaşı olan bir qadın özünü Müqəddəs Kitabla maraqlanan şəxs kimi qələmə verərək Andrey və digər bacı-qardaşlarla söhbətlərini gizlicə videoyazıya alırdı.
Qardaş barədə məlumat
Necə də xoşdur ki, Andrey, çətinliklərə baxmayaraq, Yehovanın xüsusi şəkildə onun qayğısına qaldığını görür (Zəbur 4:3).