Kontentə keç

Solda: Anton Kujelkov həyat yoldaşı Alyona ilə; Nikolay Proxorov həyat yoldaşı Yelena ilə

27 YANVAR 2022
RUSİYA

Yehovanın əlini görən iki qardaş sınaqlara cəsarətlə sinə gərir

Yehovanın əlini görən iki qardaş sınaqlara cəsarətlə sinə gərir

Tambov Vilayətinin Kirsanov Rayon Məhkəməsində tezliklə Anton Kujelkov və Nikolay Proxorovun işi üzrə qərar elan ediləcək. Prokuror onlar üçün istədiyi cəza növünü hələ bildirməyib.

Hadisələrin gedişatı

  1. 21 dekabr 2020-ci il

    Ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham olunan Anton və Nikolay barədə cinayət işi açıldı.

  2. 24 dekabr 2020-ci il

    Antonun da evi daxil olmaqla, hüquq-mühafizə orqanlarının əməkdaşları 19 evdə axtarış apardılar. Antonu evindən 350 kilometr uzaqlıqda yerləşən yerə aparıb orada sorğu-sual etdilər. Nikolayı sorğu-sual etdikdən sonra ondan başqa yerə getməmək barədə iltizam götürdülər.

  3. 25 dekabr 2020-ci il

    Antonu evə buraxmadılar. Onu istintaq təcridxanasına saldılar.

  4. 30 avqust 2021-ci il

    Antonu başqa təcridxanaya keçirdilər.

Qardaşlar barədə məlumat

Biz əminik ki, Yehova təqib olunan əziz dindaşlarımıza həmişə cəsarət verəcək (Məsəllər 1:33).

a Anton Kujelkov hal-hazırda istintaq təcridxanasındadır. Bu səbəbdən ondan müsahibə götürmək mümkün olmadı.