20 MAY 2022 | YENİLƏNİB: 17 OKTYABR 2023
RUSİYA
Yehovanın dəstəyi ilə təqiblərə dözən ailələr | YENİLƏNİB. HƏBS CƏZASI KƏSİLDİ
13 oktyabr 2023-cü il tarixində Oryol Şəhərinin Sovetski Rayon Məhkəməsi Vladimir Melnik, Vladimir Piskaryov və Artur Putintsevi təqsirli bilərək altı il həbs cəzasına məhkum etdi. Qardaşlar 2020-ci ilin dekabr ayından təcridxanadadırlar.
Hadisələrin gedişatı
8 dekabr 2020-ci il
Vladimir Melnik, Vladimir Piskaryov və Artur Putintsevə qarşı cinayət işi açıldı.
9 dekabr 2020-ci il
Oryol şəhərinin hüquq-mühafizə orqanlarının əməkdaşları, bu 3 qardaş da daxil olmaqla, Yehovanın Şahidlərinə məxsus 8 evdə axtarış apardı. Onlar müvəqqəti saxlama kamerasına salındı.
11 dekabr 2020-ci il
Vladimir Melnik və Vladimir Piskaryov istintaq təcridxanasına göndərildi.
14 dekabr 2020-ci il
Artur Putinçev istintaq təcridxanasına göndərildi.
19 yanvar 2021-ci il
Səlahiyyətli şəxslər Vladimir Piskaryovun səhhətində bir neçə dəfə qəfildən ciddi problem yarandığını bilsə də, ona dərmanlar verilməsinə və tibbi yardım göstərilməsinə icazə vermədi.
21 yanvar 2021-ci il
Vladimir Piskaryova həyat yoldaşının gətirdiyi dərmanları götürməyə icazə verildi, amma tibbi müdaxiləyə icazə verilmədi.
24 iyun 2021-ci il
Vladimir Piskaryov xəstəxanada müayinədən keçdi, məlum oldu ki, insult keçirib. Səhhətindəki ciddi problemə baxmayaraq, o, istintaq təcridxanasına geri göndərildi.
29 oktyabr 2021-ci il
Qardaşların üçü də ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham olundu.
31 yanvar 2022-ci il
Cinayət işi üzrə məhkəmə araşdırması başladı.
Qardaşlar barədə məlumat
Bu ailələr müvəqqəti olaraq bir-birindən ayrı düşüb. Bununla belə, heç nəyin onları Yehovanın məhəbbətindən və müdafiəsindən ayırmadığını bilmək bizə təsəlli verir (Romalılara 8:38, 39).