9 DEKABR 2022 | YENİLƏNİB: 15 FEVRAL 2023
RUSİYA
Yehovanın dəstəyinə əmindirlər | YENİLƏNİB. CƏRİMƏLƏR AZALDILIB
13 fevral 2023-cü il tarixində Çuvaş Respublikasının Ali Məhkəməsi Nina Martınova və Zoya Pavlovaya təyin edilmiş cəriməni 350 000 rubldan (4780 ABŞ dolları) 80 000 rubla (1092 ABŞ dolları) saldı. Andrey Martınov və Mixail Yermakova təyin edilmiş şərti həbs cəzası dəyişməz saxlanıldı.
22 dekabr 2022-ci il tarixində Çuvaş Respublikasının Alatır Rayon Məhkəməsi Andrey Martınov, Nina Martınova, Zoya Pavlova və Mixail Yermakovu təqsirli bildi. Həm Nina, həm də Zoya 350 000 rubl (4780 ABŞ dolları) məbləğində cərimə olundular. Andrey və Mixail isə altı il müddətinə şərti həbs cəzasına məhkum edildilər. Cəza şərti olduğu üçün onlar həbsə salınmayacaq.
Dindaşlarımız barədə məlumat
Sınaqlar qarşısında mətin qalan dindaşlarımız kimi, biz də təqiblərlə üzləşərdə Yehovanın məhəbbəti və dəstəyi sayəsində «aslan kimi arxayın» ola bilərik (Məsəllər 28:1).
Hadisələrin gedişatı
23 iyun 2021-ci il
Alatır şəhərində bir neçə evdə axtarış aparıldı.
28 oktyabr 2021-ci il
Andrey barəsində ekstremist təşkilatın fəaliyyətini təşkil etmək ittihamı ilə cinayət işi açıldı. Ondan başqa yerə getməmək barədə iltizam alındı.
25 aprel 2022-ci il
Andrey rəsmi olaraq ittiham edildi. Nina cinayət işinə cəlb olundu və ekstremist təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham edildi.
26 aprel 2022-ci il
Zoya ekstremist təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham edildi və cinayət işinə cəlb olundu.
28 aprel 2022-ci il
Mixail ekstremist təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham edildi və cinayət işinə cəlb olundu.
31 avqust 2022-ci il
Cinayət işi üzrə məhkəmə icraatı başladı.