Kontentə keç

Oleq Postnikov və həyat yoldaşı Aqnessa

23 DEKABR 2021 | YENİLƏNİB: 29 AVQUST 2023
RUSİYA

Yehovanın nemətləri Postnikovlar ailəsinə qəlb rahatlığı verir | YENİLƏNİB. ƏR-ARVAD MƏHKUM EDİLDİ

Yehovanın nemətləri Postnikovlar ailəsinə qəlb rahatlığı verir | YENİLƏNİB. ƏR-ARVAD MƏHKUM EDİLDİ

23 avqust 2023-cü il tarixində Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi Oleq Postnikovu və Aqnessa Postnikovanı təqsirli bildi. Oleq beş il yarım, Aqnessa isə dörd il yarım müddətinə şərti həbs cəzasına məhkum edildi. Cəza şərti olduğu üçün onlar həbsə salınmayacaq.

11 oktyabr 2022-ci il tarixində Yəhudi Muxtar Vilayət Məhkəməsi Oleq Postnikov və Aqnessa Postnikova barəsində çıxarılmış hökmü dəyişdi. Onların işləri yenidən baxılması üçün geri göndəriləcək.

25 aprel 2022-ci il tarixində Yəhudi Muxtar Vilayətinin Birobican Rayon Məhkəməsi Oleq və Aqnessanı təqsirli bildi. Oleq beş il yarım müddətinə, Aqnessa isə beş il müddətinə şərti həbs cəzasına məhkum edildi. Cəza şərti olduğu üçün bu dəfə onlar həbsə salınmayacaq.

Hadisələrin gedişatı

  1. 12 fevral 2021-ci il

    FTX Aqnessa barədə cinayət işi açdı. Ər-arvadı «cinayətkar» qrup təşkil etməkdə və onun «ekstremist» məqsədlərinin təbliğatını aparmaqda ittiham etdilər. Oleq və Aqnessadan başqa yerə getməmək barədə iltizam götürüldü, onların hesabları donduruldu, adları isə Rusiyanın terroristlər siyahısına əlavə edildi.

  2. 12 fevral 2020-ci il

    FTX Oleq barədə cinayət işi açdı.

Postnikovlar barədə məlumat

Bu ər-arvadın nümunəsi göstərir ki, Yehova sınaqların öhdəsindən uğurla gəlməsi üçün xalqını qabaqcadan hazırlayıb. Gəlin bundan sonra da Yehovanın «məhəbbətinə, vəfadarlığına» güvənək (Zəbur 115:1).