15 NOYABR 2023 | YENİLƏNİB: 13 MART 2024
RUSİYA
«Yehovaya bel bağlamağa qəti qərarlıyam» | YENİLƏNİB. HÖKM DƏYİŞİLDİ
12 mart 2024-cü il tarixində Kemerovo Vilayət Məhkəməsi Pavel Brilkov barədə çıxarılan hökmü dəyişdi. Ona kəsilən islah işləri ilə bağlı hökm iki illik şərti həbs cəzası ilə əvəz edildi. Cəza şərti olduğu üçün bu dəfə o, həbsə salınmayacaq.
15 yanvar 2024-cü il tarixində Prokopyevsk Mərkəzi Rayon Məhkəməsi Pavel Brilkov qardaşı iki il on ay müddətinə islah işlərinə məhkum etdi a. Qardaş həbsə salınmayacaq.
Qardaş barədə məlumat
Bacı-qardaşlarımızın üzləşdiyi təqiblərə görə çox məyus olsaq da, gələcək nemətləri alacağımıza əminik və bizə «qurtuluş verən Allahı səbirlə» gözləyəcəyik (Mikə 7:7).
Hadisələrin gedişatı
10 noyabr 2021-ci il
Evlərində axtarış aparıldı. Pavel və Vera sorğu-suala çəkildi.
30 may 2022-ci il
Cinayət işi açıldı
16 mart 2023-cü il
Başqa yerə getməməklə bağlı iltizam alındı
25 may 2023-cü il
Cinayət işi üzrə məhkəmə icraatı başlandı
a İslah işlərinə məhkum olunmuş şəxsə hökumət orqanları tərəfindən işlər təyin olunur və onun əməkhaqqından 5—20 faiz tutulur. Əgər bu orqanların nümayəndələri məhkum edilmiş şəxsin onlarla əməkdaşlıq etmədiyi və ya işdən imtina etdiyi qənaətinə gələrsə, həmin şəxs həbsə salına bilər.