6 YANVAR 2023| YENİLƏNİB: 19 APREL 2023
RUSİYA
«Yehovaya etibarım daha da möhkəmlənir» | YENİLƏNİB. QARDAŞ MƏHKUM OLUNDU
18 aprel 2023-cü il tarixində Stavropol vilayətinin Nevinnomıssk Şəhər Məhkəməsi Sergey Kuznetsovu təqsirli bildi və ona altı il müddətinə şərti həbs cəzası kəsdi. Qardaş bu dəfə həbsə salınmayacaq.
Qısa məlumat
Yehovanın Sergey qardaşa göstərdiyi qayğı bir daha imanımızı möhkəmləndirir ki, biz sınaqlarla üzləşəndə və əzab çəkəndə Allahımız qayğımıza qalır, bizə dayaq olur (Əşiya 63:9).
Hadisələrin gedişatı
21 noyabr 2018-ci il
Sergey qardaşın evi də daxil olmaqla, Nevinnomıssk şəhərində Yehovanın Şahidlərinin evlərində kütləvi reydlər keçirildi.
12 dekabr 2019-cu il
Cinayət iş açıldı.
18 iyun 2020-ci il
Adı ekstremistlərin siyahısına əlavə edildi.
31 may 2022-ci il
Başqa yerə getməmək barədə iltizam götürüldü.
7 sentyabr 2022-ci il
Cinayət işi üzrə məhkəmə araşdırması başladı.