14 DEKABR 2023 | YENİLƏNİB. 30 YANVAR 2024
RUSİYA
«Yehovaya etibar... əminliyin sirridir»| YENİLƏNİB. QARDAŞLAR HƏBS OLUNDU
25 yanvar 2024-cü il tarixində Samara Şəhərinin Samarski Rayon Məhkəməsi Aram Danielyanı, Denis Kuzyanini, Sergey Polosenkonu və Nikolay Vasilyevi məhkum etdi. Hər birinə yeddi il həbs cəzası verildi. Onlar məhkəmə zalında həbs olundular.
Qardaşlar barədə məlumat
Biz əminik ki, Yehova əqidələrinə görə təqib olunanlara bundan sonra da dəstək olacaq, onların dillərinə təpər, qollarına qüvvət verəcək (2 Salonikililərə 2:16, 17).
Hadisələrin gedişatı
14 dekabr 2021-ci il
Denis, Nikolay və Sergeyə qarşı cinayət işi açıldı
15 dekabr 2021-ci il
Denis, Nikolay və Sergeyin evində axtarış aparıldı. Onlar müvəqqəti saxlama kamerasına salındılar
16 dekabr 2021-ci il
Denis, Nikolay və Sergey istintaq təcridxanasına keçirildilər
6 yanvar 2022-ci il
Arama qarşı cinayət işi açıldı. O, hava limanında həbs olundu
7 yanvar 2022-ci il
Aram istintaq təcridxanasına salındı
12—14 dekabr 2022-ci il
Qardaşların hamısı istintaq təcridxanasından azad edildi və onlardan başqa yerə getməmək barədə iltizam alındı
16 iyun 2023-cü il
Cinayət işi üzrə məhkəmə icraatı başladı