28 NOYABR 2022 | YENİLƏNİB: 27 APREL 2023
RUSİYA
Yehovaya etibar narahatlığa üstün gəlir | YENİLƏNİB. CƏRİMƏ OLUNDULAR
26 aprel 2023-cü il tarixində Nijnı Novqorod Şəhərinin Leninski Rayon Məhkəməsi Oleq Konşin, Sergey Malyanov, Roman Jivolupov a və Sergeyin qızı Svetlana Malyanovanı təqsirli bilərək 450 000-dən (5494 ABŞ dolları) 700 000 (8546 ABŞ dolları) rubladək məbləğində cərimə etdi.
Dindaşlarımız barədə məlumat
Təqiblərə baxmayaraq sadiq qalan dindaşlarımız sübut edirlər ki, «ümidini Yehovaya bağla»yanlar «cəsur, möhkəm» olacaqlar (Zəbur 27:14).
Hadisələrin gedişatı
7 fevral 2019-cu il
Hakim polisə Sergeyin telefon danışıqlarını dinləməyə və istifadə etdiyi digər elektron cihazları izləməyə icazə verdi.
16—17 iyul 2019-cu il
Polis Nijnı Novqorod şəhərində Yehovanın Şahidi olan 31 ailənin evində axtarış apardı. Oleq, Sergey və Svetlana tutularaq müvəqqəti saxlama kamerasına salındılar. Onların barəsində cinayət işi açıldı.
18 iyul 2019-cu il
Oleq, Sergey və Svetlana azadlığa buraxıldı. Məhkəmənin qərarı ilə bu iki qardaşın müəyyən vaxtlarda evlərindən çıxmasına, bir-biriləri ilə söhbət etməsinə və internetdən istifadəsinə məhdudiyyət qoyuldu.
24 avqust 2021-ci il
Roman ekstremist təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham olundu və ondan başqa yerə getməmək barədə iltizam alındı.
3 mart 2022-ci il
Cinayət işi üzrə məhkəmə icraatı başladı.