Kontentə keç

Kirill Yevstiqneyev

13 YANVAR 2022
RUSİYA

Yehovaya güvənməsi sayəsində Kirill Yevstiqneyev sadiq qalır | YENİLƏNİB

Yehovaya güvənməsi sayəsində Kirill Yevstiqneyev sadiq qalır | YENİLƏNİB

1 avqust 2022-ci il tarixində Nijnı Novqorod Rayon Məhkəməsi Kirill Yevstiqneyevin apelyasiya şikayətini təmin etmədi. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.

12 may 2022-ci il tarixində Nijnı Novqorod Şəhərinin Leninski Rayon Məhkəməsi Kirilli üç il müddətinə şərti həbs cəzasına məhkum etdi.

Hadisələrin gedişatı

  1. 8 oktyabr 2021-ci il

    Qardaşın cinayət işi üzrə məhkəmə araşdırması başladı. Məhkəməyə verdiyi izahatda o bildirdi ki, dini toplantıda deyil, dostluq görüşündə iştirak etmişdi.

  2. 24 avqust 2021-ci il

    Qardaşdan başqa yerə getməmək barədə iltizam götürüldü.

  3. 2 sentyabr 2020-ci il

    Qardaş barədə cinayət işi açıldı. Konfrans zalının icarə müqaviləsi onun adına olduğu üçün onu «ekstremist fəaliyyəti maliyyələşdirməkdə» ittiham etdilər.

  4. 11 iyul 2019-cu il

    Hakimiyyət orqanları Kirilli hədəfə aldı, çünki konfrans zalının icarə müqaviləsində onun imzası dururdu. Onun evində axtarış aparıldı.

  5. 4 iyun 2019-cu il

    Dostluq görüşü üçün zal icarəyə götürən «naməlum şəxslər» barədə cinayət işi açıldı.

  6. 2019-cu ilin aprel ayı

    Kirill və bir neçə Yehovanın Şahidi Nijnı Novqorod şəhərində dostluq görüşü üçün konfrans zalını icarəyə götürdülər.

Qardaş barədə məlumat

Rusiyada və Krımda təqib olunan sadiq dindaşlarımızın, o cümlədən Kirill və həyat yoldaşının cəsarəti barədə eşidəndə ürəyimiz fərəhlə dolur (Filippililərə 1:13, 14).