13 DEKABR 2021 | YENİLƏNİB: 13 İYUN 2023
RUSİYA
«Yehovaya yaxın olmaq... mənə sevinc verir» | YENİLƏNİB. BACI MƏHKUM OLUNDU
6 iyun 2023-cü il tarixində Partizansk Şəhər Məhkəməsi (Primorsk vilayəti) İrina Buqlakı təqsirli bilərək iki il yarım müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün bacı həbsxanaya salınmayacaq.
Hadisələrin gedişatı
6 avqust 2021-ci il
İrinanın cinayət işi Partizansk Şəhər Məhkəməsinə araşdırma üçün qaytarıldı.
30 noyabr 2020-ci il
Heç bir sübut olmadığına görə İrinanın cinayət işi üzrə materiallar prokurorluğa qaytarıldı.
31 yanvar 2020-ci il
Ev dustaqlığında 107 gün keçirdikdən sonra İrina azad edildi.
16 oktyabr 2019-cu il
179 gün istintaq təcridxanasında saxlanılan İrina ev dustaqlığına keçirildi.
20 aprel 2019-cu il
Gecə saat 3-də Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları İrinanın evində axtarış apardılar. Bacını dini yığıncaqlar təşkil etməkdə və keçirməkdə ittiham etdilər. İrinanı istintaq təcridxanasına saldılar, onun məhkəməyədək həbsdə olma müddəti üç dəfə uzadıldı.
19 aprel 2019-cu il
Səkkiz nəfər FTX əməkdaşı 80 yaşlı bacımız Nelli Taryasyukun evinə basqın etdi. Bu zaman evdə İrina, onun qızı Natalya və bir neçə başqa bacı var idi. Reyd zamanı Nellinin halı pisləşdi və onu xəstəxanaya apardılar. Qalan bacıları tutub səhərə qədər sorğu-sual etdilər. İrina həbs edildi.
Bacı barədə məlumat
Dua edirik ki, Yehova bundan sonra da İrinaya və Rusiyadakı bacı-qardaşlara sevinclə və səbirlə sınaqlara tab gətirməyə güc versin (Koloslulara 1:11).