28 SENTYABR 2020
RUSİYA
Yelena Barmakina məhkum edilə bilər
Qərarın elan ediləcəyi tarix
29 sentyabr 2020-ci il tarixində a Vladivostokun Pervoreçenski Rayon Məhkəməsinin Yelena Barmakinanın işi üzrə qərar qəbul etməsi gözlənilir. O dua etdiyi və Müqəddəs Kitabı oxuduğuna görə üç il müddətinə şərti həbs cəzasına məhkum edilə bilər. Yelena Barmakina məhkəmənin qərarını gözlədiyi bir vaxtda onun həyat yoldaşı Dmitrinin işi üzrə ayrı məhkəmə araşdırması davam edir.
Bacı haqqında məlumat
Yelena Barmakina
Doğulduğu il: 1967 (Novosibirsk vilayəti, Çerepanovo şəhəri)
Bioqrafiya. Yaşlı anasıyla nənəsinin qeydinə qalır. Şəkil çəkməyi sevdiyi üçün peşəkar fotoqraf ixtisasına yiyələnib. Üzməyi və təbiət qoynunda vaxt keçirməyi sevir.
Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı araşdırarkən orada yazılmış və yerinə yetmiş peyğəmbərliklər onu Allahın güclü varlıq olduğuna əmin etdi. Yehovanın dualarına necə cavab verdiyini görəndə imanı daha da artdı. 2006-cı ildə Dmitri ilə ailə həyatı qurdu.
Cinayət işi haqda məlumat
28 iyul 2018-ci il tarixində səhər saat 7-də bir qrup silahlı və maskalı adam Yelena Barmakinanın 90 yaşlı nənəsinin evinə soxuldu. Yelena və Dmitri yaşlı qadına qulluq etmək üçün orada qalırdılar. Dmitrini həbs edib istintaq təcridxanasına saldılar. Hüquq-mühafizə orqanlarının əməkdaşları Yelenaya hədə-qorxu gələrək deyirdilər: «Növbəti sən olacaqsan!»
Bir il sonra Yelenanın bank hesabı donduruldu. 6 avqust 2019-cu il tarixində yerli müstəntiq dua etdiyinə, Müqəddəs Kitabı oxuduğuna və ruhani mövzularda videolara baxdığına görə ona qarşı cinayət işi açdı. Yelenanın vəkili məhkəmədən işə xitam verməyi xahiş etdi, çünki onun ittiham edildiyi əməllər adi ibadət idi. Lakin prokuror Yelenanın bu əməllərini Rusiya qanunvericiliyi ilə qadağan olunmuş «ekstremist fəaliyyət» kimi qiymətləndirdi və hakim onunla razılaşdı.
Yelena bacı cinayət təqibi ucbatından emosional və fiziki stres keçirib. Yoldaşı istintaq təcridxanasında olduğu 447 gün ərzində onlar bir-birindən ayrı qalmışdı. Üstəlik, Yelena iş tapmaqda çətinlik çəkir, çünki hər an onu sorğu-suala və ya məhkəməyə çağıra bilərlər.
Müqəddəs Kitabdan oxuduqlarımız sayəsində Rusiyada məmurların bacı-qardaşlarımızın nöqsansızlığını qırmaq üçün onları «zərblə [itələməsi]» bizi təəccübləndirmir. Amma biz əminik ki, Yehova onların pənah yeri olacaq və qüvvət verəcək (Zəbur 118:13, 14).
a Tarix dəyişə bilər.