13 AVQUST 2021 | YENİLƏNİB: 6 MART 2023
RUSİYA
Yeqor Baranov və Yen Sen Li Yehovaya güvənirlər | YENİLƏNİB. HƏBS CƏZASININ MÜDDƏTİ AZALDILIB
1 mart 2023-cü il tarixində Xabarovsk Vilayət Məhkəməsi Yeqor Baranova təyin olunmuş şərti həbs cəzasını dörd il yarım müddətinədək azaldıb. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.
Xabarovsk Vilayətinin Vyazemski Rayon Məhkəməsinin 6 iyun 2022-ci il tarixli qərarı ilə Yeqor Baranov beş il müddətinə şərti həbs cəzasına məhkum edildi. Təəssüf hissi ilə məlumat veririk ki, Yen Sen Li qardaş məhkəmə araşdırması getdiyi müddətdə vəfat edib.
Hadisələrin gedişatı
2 fevral 2021-ci il
Yeqor və Yen Senin işi üzrə məhkəmə araşdırılması başladı.
20 noyabr 2020-ci il
177 gün istintaq təcridxanasında olan Yeqor azadlığa buraxıldı.
26 avqust 2020-ci il
Xabarovskun Sentralnı Rayon Məhkəməsi Yen Senin maşınını müsadirə etdi.
29 may 2020-ci il
Yeqor istintaq təcridxanasına göndərildi.
26 may 2020-ci il
Xabarovsk vilayətində Yeqor və Yen Senə qarşı cinayət işi açıldı.
Qardaşlar barədə məlumat
Yehovaya güvənməyə davam edən bu qardaşlar tərifə layiqdir. Biz əminik ki, Yehova onlara dözməyə güc verəcək (2 Salonikililərə 3:3).