26 YANVAR 2021
RUSİYA
Yetmiş yeddi yaşlı Vladimir Filippov altı il yarım müddətinə həbs oluna bilər
Qərarın elan ediləcəyi tarix
27 yanvar 2021-ci il tarixində a Primorsk Vilayətinin Nadejdinski Rayon Məhkəməsinin Vladimir Filippovun işi üzrə qərarını elan edəcəyi gözlənilir. O, altı il yarım müddətinə həbsə məhkum edilə bilər.
Qardaş barədə məlumat
Vladimir Filippov
Doğulduğu il: 1943 (Novosibirsk vilayəti, Oktyabrski qəsəbəsi)
Bioqrafiya. O doğulandan bir qədər əvvəl atası İkinci Dünya müharibəsində həlak olub. 1964-cü ildə Tomsk Artilleriya Məktəbini leytenant rütbəsi ilə bitirib. 1967-ci ildə Lyubov ilə ailə həyatı qurub. 27 ildən sonra hərbi xidmətdən istefa verib.
1994-cü ildə yoldaşı Müqəddəs Kitabı araşdırmağa başlayandan qısa müddət sonra o da ona qoşuldu. Növbəti il hər ikisi vəftiz olundu.
Cinayət işi haqda məlumat
2017-ci ilin avqust ayında hüquq-mühafizə orqanları Razdolnoye qəsəbəsində yaşayan bacı-qardaşları gizlicə audio- və videoyazıya almağa başladı. Bir neçə ay ərzində onlar Vladimir qardaşın görüşlər zamanı dediklərini və qonşuları ilə Müqəddəs Kitab haqda söhbətlərini yazıya alırdılar.
19 iyul 2018-ci il tarixində Federal Təhlükəsizlik Xidmətinin (FTX) maskalı əməkdaşları Filippovların evinə basqın etdi. FTX əməkdaşları o vaxt 75 yaşı olan Vladimir qardaşın üzünə zərbə vurdular, yerə yıxıb əllərini arxadan qandalladılar və sonra mənzildə axtarış apardılar. Sonradan onların evinə daha iki dəfə basqın edilmişdi: birinci dəfə 2019-cu ilin avqust ayında, ikinci dəfə isə 2020-ci ilin yanvar ayında. İkinci basqından sonra Vladimir qardaşa qarşı ittihamlar irəli sürüldü.
Qoy Yehova iman və sevinclərini qorumaları üçün bacı-qardaşlara güc versin (Əşiya 40:29, 31).
a Tarix dəyişə bilər.