18 FEVRAL 2020
RUSİYA
Yevgeni Aksyonov iki il müddətinə şərti həbs cəzasına məhkum edilib
18 fevral 2020-ci il tarixində Xabarovsk Şəhərinin Jeleznodorojnı Rayon Məhkəməsi Yevgeni Aksyonovu iki il müddətinə şərti həbs cəzasına məhkum etdi. Əgər o, bu müddət ərzində yaşayış yerini dəyişsə, yaxud hər hansı bir cinayətdə təqsirli bilinsə, həbsxanaya göndəriləcək. İlk altı ay ərzində o, sınaq müddətində olacaq və hər ay yerli nəzarət orqanında qeydiyyatdan keçməlidir. Bundan əlavə, altı ay ərzində Yevgeni qardaşa Xabarovsk şəhərini tərk etmək və gecə vaxtı evindən çıxmaq qadağandır. Qardaş ittiham hökmündən şikayət verəcək.