21 YANVAR 2021
RUSİYA
Yevgeni Qolik şərti həbsə məhkum edilib
Qərar
20 yanvar 2021-ci il tarixində Birobican Rayon Məhkəməsinin (Yəhudi muxtar vilayəti) qərarı ilə Yevgeni Qolik qardaş iki il yarım müddətinə şərti həbs cəzasına məhkum edilib. Cəza şərti olduğu üçün o həbsə salınmayacaq. Qardaş qərardan apellyasiya şikayəti verəcək.
Qardaş barədə məlumat
Yevgeni Qolik
Doğulduğu il: 1975 (Yəhudi muxtar vilayəti, Birobican)
Bioqrafiya. Peşəsi qaynaqçıdır. Qazanxana operatoru işləyir. Yehovanın Şahidi olmazdan əvvəl Rusiya Silahlı Qüvvələrində xidmət edib.
Həqiqəti anasından öyrənib. Həyatın mənası ilə bağlı suallarına cavab tapıb. Müqəddəs Kitab təlimləri sayəsində başqalarına qarşı daha qayğıkeş olub.
Cinayət işi haqda məlumat
17 may 2018-ci il tarixində Federal Təhlükəsizlik Xidmətinin (FTX) 150 əməkdaşı Rusiyanın Uzaq Şərqində yerləşən Birobican şəhərində Yehovanın Şahidlərinin yaşadığı 22 evə reyd keçirmişdi. FTX əməliyyatına «Qiyamət günü» adı verilmişdi. Yevgeni Qolikə və Yəhudi muxtar vilayətində yaşayan digər 21 bacı-qardaşa qarşı cinayət işi açıldı. Qardaşın cinayət işi üzrə məhkəmə araşdırılması 29 yanvar 2020-ci il tarixində başladı.
Prokuror Yevgeni qardaşın Müqəddəs Kitabı və ona əsaslanan nəşrləri araşdırdığını göstərən videomaterialı dəlil qismində təqdim etdi.
Açıq-aşkar ədalətsizliyi götürmək çox çətindir. Bununla belə, Yevgeni deyir: «Daima ruhani fəaliyyətlə məşğul olmaq diqqətimi özümə yox, Yehovaya cəmləməyə kömək edir. Allahın Kəlamındakı fikirlər mənə sevinc verir, sevinc isə həmin fikirləri başqaları ilə bölüşməyə təşviq edir».
Zəbur 23:4 ayəsi üzərində düşünməyin ona xeyri dəyib. Yevgeni deyir: «Bu ayə mənə cəsarət verir və sınaqlara sevinclə tab gətirməyə kömək edir. Biz bilirik ki, hətta həyatı itirmək təhlükəsi yaransa da, Yehova həmişə bizimlə olacaq».
Yevgeninin dindaşları da ona dayaq olur. O deyir: «Məhkəmə başlayan gündən bacı-qardaşlar həmişə iclaslara gəlir. Onları görəndə çox ruhlanıram. Yehovanın mənə bəxş etdiyi köməkçi — həyat yoldaşım da bu çətin günlərdə mənə dayaqdır. Ürəyimdə həmişə sevinc var. Ruhani və fiziki qidam bol, mənə dəstək olanların sayı çoxdur».
Yevgeni Yehova ilə münasibətlərini möhkəm saxlamağa qəti qərarlıdır. Hələ ki açıq təqiblərlə üzləşməyənlərə o tövsiyə edir: «Nəğmələrimizi əzbərləyin, düşmənlərinizi ürəyinizdə sevməyi və hər vəziyyətdə Allahın xidmətçisi kimi sevincinizi qorumağı öyrənin».
Gəlin Rusiyadakı bacı-qardaşlardan nümunə götürək. Sınaqlar zamanı Yehova onları möhkəmləndirdiyi kimi, bizi də möhkəmləndirəcək (Zəbur 29:11).