Kontentə keç

Qardaşımız Yevgeni Spirin məhkəmə iclası zamanı qəfəsdə

9 İYUL 2020
RUSİYA

Yevgeni Spirin yeddi il müddətinə həbsə məhkum edilə bilər

Yevgeni Spirin yeddi il müddətinə həbsə məhkum edilə bilər

14 iyul 2020-ci il tarixində İvanovo vilayətinin Furmanov Şəhər Məhkəməsinin qardaşımız Yevgeni Spirinin işi üzrə qərarını elan edəcəyi gözlənilir. Prokuror onun üçün yeddi il həbs cəzası istəyib.

34 yaşlı Yevgeni «ekstremist» təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham olunur. Ona qarşı cinayət işi 21 yanvar 2019-cu il tarixində İvanovo vilayətinin Federal Təhlükəsizlik Xidmətinin (FSB) müstəntiqi tərəfindən açılıb. Altı gün sonra FSB müfəttişləri onun həyat yoldaşı Natalya ilə yaşadığı evə reyd keçirdi. İvanovo şəhərinin Oktyabrski Rayon Məhkəməsi Yevgeni qardaşın sadəcə Yehovanın Şahidi olduğu üçün iki ay məhkəməyədək həbsə alınmasına qərar verdi. Sonradan bu müddət uzadıldı.

5 iyul 2019-cu il tarixində o, məhkəməyədək həbsdə 160 gün keçirdiyi istintaq təcridxanasından ev dustaqlığına keçirildi. 18 dekabr 2019-cu il tarixində İvanovo şəhərinin Oktyabrski Rayon Məhkəməsi, müstəntiqlərin etirazına baxmayaraq, Yevgeni qardaşın ev dustaqlığından azad edilməsinə qərar verdi. Əlavə qətimkan tədbiri tətbiq edilmədi.

Biz Yehovaya yalvarırıq ki, O, bundan sonra da Rusiyada imanlarına görə təqib olunan bacı-qardaşların yanında olsun (1 Butrus 4:14).