Kontentə keç

Yevgeni Yakku yoldaşı İrina ilə

17 MAY 2021
RUSİYA

Yevgeni Yakku Yehovanın hikmətinə arxalanır

Yevgeni Yakku Yehovanın hikmətinə arxalanır

YENİLƏNİB | Yevgeni Yakkunun apelyasiya şikayəti təmin olunmadı

1 oktyabr 2021-ci il tarixində Arxangelsk Vilayət Məhkəməsi Yevgeni Yakkunun apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarı dəyişməz qaldı.

19 iyul 2021-ci il tarixində Arxangelskin Solombalski Rayon Məhkəməsi Yevgeni Yakkunu təqsirli bilərək 880 000 rubl (12 082 ABŞ dolları) məbləğində cərimə etdi. Qardaş həbsə salınmayacaq.

Qardaş barədə məlumat

Yevgeni Yakku

  • Doğulduğu il: 1980 (Kareliya Respublikası, Sosnovets qəsəbəsi)

  • Bioqrafiya. Yeniyetməlik illərində Müqəddəs Kitab peyğəmbərliklərinin yerinə yetməsi onu valeh etmişdi. 2006-cı ildə Yehovanın Şahidi kimi vəftiz olundu. Sahibkarlığı oxumaq üçün Arxangelskə köçmüşdü. 2007-ci ildə İrina ilə evləndi. Səyahət etməyi və təbiət qoynunda vaxt keçirməyi sevirlər.

Cinayət işi haqda məlumat

18 fevral 2019-cu il tarixində Yevgeninin evində axtarış aparıldı. O, «ekstremist» fəaliyyətdə ittiham olundu. Polis onu iki gün müddətinə kameraya saldı. Ailəsi və dostlarına bu barədə məlumat verilmədi və onlar Yevgeninin bütün bu vaxt ərzində harada olduğunu bilmirdilər.

Buraxdıqdan sonra onun üzərinə məhdudiyyətlər qoydular: ona axşamlar evini tərk etməyə, evində istənilən növ yığıncaqlar keçirməyə, işin digər iştirakçıları ilə telefon, elektron poçt və internet vasitəsilə ünsiyyət etməyə icazə verilmirdi. Təxminən yeddi aydan sonra məhkəmənin qərarı ilə ona axşamlar evini tərk etməyə icazə verildi.

25 noyabr 2019-cu il tarixində onu «ekstremist» fəaliyyəti təşkil etməkdə ittiham etdilər. Bir müddət sonra ona qarşı digər ittihamlar da irəli sürüldü. Təqsirli bilinərsə, o, 15 il müddətinə həbsə məhkum edilə bilər. Rəsmi ittihamlardan sonra Yevgeni işini itirdi, onun bank hesabları donduruldu və iki maşını müsadirə edildi.

Həyatlarının çətin anlarını yaşayan Yevgeni və İrina Yehovaya daha çox sığınırlar. İrina deyir: «Yehovanın dualarıma verdiyi konkret cavabları və Jenyayla [Yevgeni] qayğımıza necə qaldığını görəndə ürəyim sözlə ifadə olunmaz minnətdarlıqdan aşıb-daşır».

Məsələn, İrina Yehovaya dua edirdi ki, ərinə qəlb rahatlığı versin və məhkəmə iclasları zamanı etiqadlarını izah etməyə kömək etsin. Yevgeni də eyni şey barədə dua edirdi. O deyir: «Hər dəfə istintaq komitəsinə və məhkəmə iclasına gedəndə Yehovadan hikmət diləyirdim». Qardaş Yehovanın onun dualarına necə cavab verdiyini hiss edirdi: «Mən lazım olanı deyirdim və artıq-əskik danışmırdım». Yevgeni əlavə edir: «Yehova məni atmadığını göstərir və dualarıma elə cavab verir ki, mən bu cavabları görə bilim. Ona görə Onun əlini həyatımda daha aydın görürəm».

Əminik ki, Yehova bundan sonra da Yevgeniyə cəsarət verəcək ki, o, «həlimliklə və dərin hörmətlə» imanını müdafiə edə bilsin (1 Butrus 3:15).