15 İYUL 2024
RUSİYA
Yevqeni Sokolov ona qarşı açılmış ikinci cinayət işi üzrə təqsirli bilindi
2024-cü il 29 may tarixində Amur Vilayətinin Zeya Rayon Məhkəməsi Yevqeni Sokolov qardaşı təqsirli bilərək üç il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün bu dəfə o, həbsxanaya salınmayacaq.
Bu, Yevqeni qardaşa açılan ikinci cinayət işidir. Birinci cinayət işinə qardaşın hazırda yaşadığı Voronej şəhərində baxılır və bu işə doqquz qardaşın işi də daxildir.
Yevqeni nəyin sayəsində dözdüyünü belə izah edir: «Mən Yehovaya güvənməyi və ona tam şəkildə arxalanmağı öyrənirəm. Biz heç bir problemi Yehovadan yaxşı həll edə bilmərik. Onun yolları həmişə ən yaxşı və ən hikmətlidir».
Yevqeni kimi gəlin biz də həmişə Yehovaya deyək: «Pənahım Sənsən» və əmin olaq ki, O həmişə ehtiyac duyduğumuz köməyi göstərəcək (Zəbur 142:5).
Hadisələrin gedişatı
15 dekabr 2022-ci il
Qardaşın xəbəri olmadan ona qarşı ikinci cinayət işi açılır
22 sentyabr 2023-cü il
Yevqeni ona qarşı açılan ikinci cinayət işindən xəbər tutur. O, sorğu-sual edilir və «dini yığıncaqlar təşkil etməkdə və keçirməkdə» ittiham olunur
22 aprel 2024-cü il
Cinayət işi üzrə məhkəmə icraatı başlanır
29 may 2024-cü il
Üç il müddətinə şərti həbs cəzasına məhkum edilir