Kontentə keç

Qalina Parkova

25 YANVAR 2021
RUSİYA

Yoldaşı məhkəməyədək həbsdə olan Qalina Parkova öz işi üzrə qərarı gözləyir

Yoldaşı məhkəməyədək həbsdə olan Qalina Parkova öz işi üzrə qərarı gözləyir

Qərarın elan ediləcəyi tarix

Rostov-Don şəhərinin Leninski Rayon Məhkəməsi tezliklə Qalina Parkova bacımızın işi üzrə qərarını elan edəcək a. Prokuror onun üçün üç il şərti həbs cəzası istəyib.

Bacı barədə məlumat

Qalina Parkova

  • Doğulduğu il: 1970 (Kaltan şəhəri)

  • Bioqrafiya. 1990-cı ildə Qalina Aleksandr ilə ailə qurdu. Onların üç qızı və iki nəvəsi var. Müqəddəs Kitabı Yehovanın Şahidləri ilə öyrənib. Qalina 1995-ci ildə vəftiz olunub. Mahnı oxumağı və rəsm çəkməyi sevir.

Cinayət işi haqda məlumat

Qalina barədə cinayət işi 6 iyun 2019-cu il tarixində açılıb. Bundan bir neçə həftə əvvəl onun yoldaşı Aleksandr məhkəməyədək həbsə alınmışdı.

Yoldaşı həbs ediləndən Qalinanın dolanışığı çətinləşib. Üstəlik, onun maaş kartı donduruldu və o, öz pulundan istifadə edə bilmirdi. Nəticədə, Qalina işdən çıxmalı oldu. Özünü dolandırmaq üçün müxtəlif işlərdə işləyir.

Rusiyadakı bacı-qardaşlar saleh insanlardır, amma onlarla «şər iş görən» adamlar kimi davranırlar (Vaiz 8:14). Onların imanı bizə güc verir və istənilən sınaq zamanı möhkəm qalmağa kömək edir.

a Tarix həmişə qabaqcadan bəlli olmur.