5 FEVRAL 2024
RUSİYA
«Yolunu Yehovaya tapşır»
Kurqan Vilayətinin Şadrinsk Şəhər Məhkəməsi tezliklə Aleksandr Lubin qardaşın işi üzrə qərarını elan edəcək. Prokuror onun üçün istədiyi cəza növünü hələ bildirməyib.
Qardaş barədə məlumat
Əminik ki, hətta böyük çətinliklər zamanı belə, biz də Aleksandr kimi Yehovaya arxalansaq, sədaqətlə dözüm göstərə biləcəyik (Əşiya 38:14).
Hadisələrin gedişatı
13 iyul 2021-ci il
Cinayət işi açıldı
14 iyul 2021-ci il
Yehovanın Şahidlərinə məxsus səkkiz evdə axtarış aparıldı. Aleksandr həbs olundu, sorğu-sual edildi və müvəqqəti saxlama təcridxanasına salındı
16 iyul 2021-ci il
İstintaq təcridxanasına keçirildi
19 iyul 2021-ci il
Səhhətindəki ciddi problemə görə apelyasiya şikayəti verildi
28 avqust 2021-ci il
Avropa İnsan Hüquqları Məhkəməsinin və insan hüquqları müdafiəçisinin müdaxiləsindən sonra Aleksandr təcridxanadan çıxarıldı və ondan başqa yerə getməmək barədə iltizam götürüldü
14 iyul 2023-cü il
Cinayət işi üzrə məhkəmə icraatı başladı
7 sentyabr 2023-cü il
Aleksandr xəstəxanaya yerləşdirildiyinə görə məhkəmə dinləməsi təxirə salındı