Kontentə keç

16 DEKABR 2020
RUSİYA

Yuri Savelyev altı il həbsə məhkum edilib

Yuri Savelyev altı il həbsə məhkum edilib

16 dekabr 2020-ci il tarixində Novosibirsk şəhərinin Leninski Rayon Məhkəməsi Yuri Savelyevi altı il həbs cəzasına məhkum edib. Əziz qardaşımız Yuri sadiqliyini qoruyur. Ona Müqəddəs Kitabda yazılan peyğəmbərlikləri araşdırmaq güc verir.

Dekabrın 9-u keçirilmiş məhkəmə iclasında son sözü ilə çıxış edərkən Yuri qardaş fürsətdən istifadə edərək cəsarətlə şahidlik verdi. O dedi: «İsa Məsihin peyğəmbərliyi sizin gözünüz qarşısında indi yerinə yetir. Həmin peyğəmbərlik Müqəddəs Kitabda Mark 13:9 ayəsində yazılıb: “Siz isə ehtiyatlı olun. İnsanlar sizi məhkəmələrə verəcək, sinaqoqlarda döyəcək, mənim adıma görə sizi hakimlərin və padşahların qabağına gətirəcəklər. Bu, onlara şəhadət verməyiniz üçün fürsət yaradacaq”».