Kontentə keç

Yuri Savelyev həbsdən azad edildikdən sonra

20 İYUL 2023
RUSİYA

Yuri Savelyev həbsdən azad edildi

Yuri Savelyev həbsdən azad edildi

19 iyul 2023-cü il tarixində Yuri Savelyev Rubtsovsk şəhərindəki cəzaçəkmə müəssisəsindən azad edildi. O, 9 noyabr 2018-ci il tarixində həbs olunmuşdu və dörd il yarımdan çoxdur ki, dəmir barmaqlıqlar arasında idi.

Həbsdə olduğu müddətdə antisanitar şərait ucbatından Yurinin səhhətində problemlər yaranmışdı. Üstəlik, o, bir neçə dəfə saxta ittihamlar ucbatından ciddi rejimli cəzaçəkmə kameralarına yerləşdirilmişdi. Bu çətinliklərə baxmayaraq, Yuri dua edib Yehovadan aldığı güc vasitəsilə müsbət əhval-ruhiyyəni qoruya bilmişdi. Yuri davranışı və göstərdiyi məsihi keyfiyyətləri sayəsində bir çox məhbus yoldaşlarının və gözətçilərin rəğbətini qazanmışdı.

Bacı-qardaşlar həbsxananın çölündə Yurini qarşılayır

Həbs hökmü oxunmazdan əvvəl Yuri məhkəmədə Mətta 22:37 ayəsində İsanın dediyi sözləri sitat gətirmişdi: «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla və bütün ağlınla sev». Yuri sədaqətini qorumaqla bu sözlərə uyğun yaşamağa dair gözəl nümunə qoydu. Əminik ki, Yehova ona imanına, məhəbbətinə və dözümünə görə bundan sonra da dayaq olacaq.