Kontentə keç

23 SENTYABR 2020
RUSİYA

Yuri Zalipayev iki il müddətinə həbs edilə bilər

Yuri Zalipayev iki il müddətinə həbs edilə bilər

Qərarın elan ediləcəyi tarix

7 oktyabr 2020-ci il tarixində a Kabarda-Balkar Respublikasının Mayski Rayon Məhkəməsinin Yuri Zalipayevin işi üzrə qərar qəbul etməsi gözlənilir. O, iki il müddətinə həbs edilə bilər.

Qardaş barədə məlumat

Yuri Zalipayev

  • Doğulduğu il: 1962 (Samara)

  • Bioqrafiya. Qaynaqçı və yük maşını sürücüsü işləyib. Poeziyanı və təbiət qoynunda vaxt keçirməyi sevir.

  • 1983-cü ildə bir sinifdə oxuduğu Natalya ilə ailə həyatı qurdu. On ildən sonra Müqəddəs Kitabı birgə öyrənməyə başladılar. Üç övladı var. Onlar, eləcə də bəzi qohumları Yehovaya xidmət edir.

Cinayət işi haqda məlumat

20 avqust 2016-cı il tarixində hüquq-mühafizə orqanlarının əməkdaşları Mayskidəki ibadət evinə reyd keçirmişdi. Reyd zamanı onlar «ekstremist» ədəbiyyatlar siyahısına daxil olan və qadağan edilmiş nəşrlərimizi ibadət evinə gizlicə atmışdılar. Məhkəmə yerli dini icmanı 200 000 rubl (2634 ABŞ dolları) məbləğində cərimə etmişdi, halbuki qardaşlar ədəbiyyatın ora qəsdən qoyulduğunu sübut edən video təqdim etmişdilər. Bir neçə ay sonra həmin hadisə ilə əlaqədar Yuri Zalipayevə qarşı cinayət işi açıldı.

İttiham tərəfi iddia etmişdi ki, Yuri Zalipayev qadağan olunmuş ədəbiyyat paylayır və digər Yehovanın Şahidlərini başqa dinlərin üzvlərinə qarşı zorakılığa təşviq edir. O, Rusiya Cinayət Məcəlləsinin 280.1-ci maddəsi ilə «ekstremist fəaliyyətə çağırış»da ittiham olunur.

Məhkəmə araşdırması 21 iyun 2020-ci il tarixində başladı. Məhkəmə iclaslarında ittiham tərəfin şahidlərinin bir-birinə zidd ifadələr verməsi adi hal idi. Məsələn, şahidlər iddia edirdilər ki, Yuri Zalipayev yığıncaqlarda digərlərini zorakılığa təhrik edirdi, halbuki bunu deyən şahidlərin bəziləri heç həmin görüşlərdə olmamışdı. Bundan başqa, ittiham tərəfin bəzi şahidləri ifadələrində bildirmişdilər ki, ibadət evində aşkar edilmiş ədəbiyyat hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ora atılmışdır.

Yuri Zalipayev hökmü gözləyir. Biz dua edirik ki, Davudun növbəti sözləri həm ona, həm də onun ailə üzvlərinə güc və qəlb rahatlığı versin: «Yehova gücüm, qalxanımdır, ürəyim Ona arxalanır» (Zəbur 28:7)

a Tarix dəyişə bilər.