11 NOYABR 2014-CÜ İL
RUSİYA
Rusiya Ali Məhkəməsi Samara şəhərində yerli dini təşkilatın ləğv edilməsi ilə bağlı iş üzrə məhkəmə dinləməsini bərpa edəcək
2014-cü il 12 noyabrda Rusiya Federasiyası Ali Məhkəməsi Yehovanın Şahidlərinin Samaradakı yerli dini təşkilatının ləğv edilməsi ilə bağlı iş üzrə baxışı bərpa edəcək. İşə baxış təxminən bir ay bundan əvvəl, oktyabrın 8-də başlayıb. Həmin gündə iclas zalı mediya və xarici səfirlik nümayəndələri, vəkillər, eləcə də və həmdinlərini dəstəkləmək üçün gələn Yehovanın Şahidləri ilə dolu idi. Məhkəmə bir neçə prosedural məsələyə baxıb dinləməni təxirə saldı.
Yehovanın Şahidlərinin Rusiya İdarə Mərkəzinin nümayəndəsi Vasiliy Kalin qeyd etdi: «Biz ümidvarıq ki, hörmətli Ali Məhkəmə bu işdə ədaləti bərpa edəcək və demokratik cəmiyyətin konstitusion prinsipləri ilə həmahəng davranaraq prokurorluğun iddiasını rədd edəcək». Yehovanın Şahidləri ümidlərini itirmirlər ki, məhkəmə Rusiya Konstitusiyasının zəmanət verdiyi dini azadlıq hüququnu müdafiə edəcək.